“Nostradamus” süni intellekti proqnoz verdi

09:26 25-04-2023 | icon 317 | Maraqlı
“Nostradamus” süni intellekti proqnoz verdi

“Dünya daha əvvəl heç şahid olmadığı bir şey görəcək...”

 

İngiltərənin “Daily Star” nəşri dünyaca məşhur öngörücü Nostradamusun verdiyi proqnozları süni intellektlə təkmilləşdirib.

 

Son zamanlar ən populyar tətbiqlərdən olan süni intellekt platforması ChatGPT və məşhur öngörücü Nostradamusun məlumatları birləşdirilib. Nəticədə “Nostradamus” süni intellekti bu məlumatlar əsasında gələcəkdə 2099-cu ilə qədər baş verəcək 7 hadisə barədə proqnoz verib.  

 

“Nostradamus” süni intellektinin verdiyi məlumatlara görə, tezliklə xərçəngin müalicəsi tapılacaq. Nostradamus kimi qədim üslubda yazılmış bu proqnozda xərçəngin xəstəliyinin 2031-ci ildə müalicə oluna biləcəyi qeyd edilib:

“Dünya 2031-ci ildə daha əvvəl heç şahid olmadığı bir şey görəcək. Xərçəngin müalicəsi tapılacaq. Bu, tibbi inqilab olacaq”.

 

“Nostradamus” süni intellekti 2050-ci ildə kəskin iqlim dəyişikliklərinin baş verəcəyini və bunun  insanların həyatına mənfi təsir göstərəcəyini deyib.

 

ChatGPT 2060-cı ildə süni intellektin təkamül edəcəyini, robotların və maşınların özlərini daha da təkmilləşdirəcəyini bildirib:

“Süni intellekt inkişaf edəcək və bir inqilab yaşanacaq. Robotlar və maşınlar daha ağıllı olacaq və bütün dünyada sənaye sahəsini yenidən formalaşdıracaq. İş yerləri itiriləcək və insanlar buna uyğunlaşmalı olacaq”.

 

Süni intellekt iddia edib ki, 2074-cü ildə Marsa getmək yeni hədəfə çevriləcək və bu dövrdə orada məskunlaşma başlayacaq:

“İnsanlar bu naməlum torpaqlarda çətinliklərlə qarşılaşacaqlar. Lakin uyğunlaşacaqlar”.

 

Süni intellektin proqnozlarına görə, 2084-cü ildə kiborqlar real olacaq, insan və robotların qarışığı olan sistemlər elmi fantastika filmlərindən çıxaraq həyatın bir parçası olacaq.

 

ChatGPT 2085-ci ildə yeni epidemiyanın yayılacağını da iddia edib. O bildirib ki, hələlik bu xəstəliyin nə olduğunun bilinməsə də, bu xəstəlik səbəbilə dünyadakı bütün xalqlar əməkdaşlıq etməyə başlayacaq.

 

“Nostradamus” süni intellektinin verdiyi proqnozlara görə, 2099-cu il dünyada sülh ili olacaq.

 

O vurğulayıb ki, 21-ci əsrin sonunda Yer kürəsində sülh bərqərar olacaq:

“Müharibə və zorakılıqla parçalanmış Yer kürəsində harmoniya yaranacaq və yeni bir həyat başlayacaq. Sərhədlər silinəcək, ayrılıqlar sona çatacaq”. /Haber Global/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122