Gecələr qaşınma nədən xəbər verir?

17:04 25-04-2023 | icon 180 | Sağlamlıq
Gecələr qaşınma nədən xəbər verir?

Əgər ovcunuz, ayaq və dabanınız gecələr mütəmadi qaşınırsa, bu qaraciyərdə ciddi problemlərin olduğundan xəbər verir.

 
 
Qaraciyər xəstəliklərinin əksəriyyəti ciddi ağırlaşmalar görünənə qədər əlamət vermir. Buna görə də bədənin verdiyi bütün siqnallara diqqət yetirmək vacibdir.
 
 
Həkim – hepatoloq Yevqeniy Romanovun sözlərinə görə, bir insanın artıq ağrısı varsa və dəri saralırsa, bu, qaraciyərin ağır toxuma lezyonlarının inkişaf etdiyini göstərir.
 
 
Qaraciyərin özündə ağrı reseptorları yoxdur. Əgər qaraciyəriniz həddən artıq yüklənməyə məruz qalıbsa, məsələn, zəhərli maddələrlə işləmisinizsə, uzun müddət dərman qəbul edirsinizsə, mütəmadi olaraq müayinə olunmaq vacibdir.
 
 
Qaraciyərin xəstə olmasına işarətlərdən biri də gecə qaşınmasıdır. İnsan yerinə uzanan kimi qaşınmağa başlayır. Bu, səfra axınının pozulması ilə əlaqədardır.
 
 
Bir qayda olaraq, ovuc içi, daban, əl və ayaqların qıvrımları qaşınır. Bəzən o qədər yorucu olur ki, insanda yuxusuzluq yaranır. Qaşınma sinir uclarını qıcıqlandıran öd piqmentlərinin dərin qatlarında toplanması nəticəsində yaranır. Adətən bu qaşınmada səpki yaranmır.
 
 
Qaraciyər xəstəliyinin digər simptomları:
 
ümumi zəiflik,
xroniki yorğunluq,
bədən istiliyinin artması,
qarın böyüməsi,
 
iştahsızlıq,
ağızda acılıq,
şişkinlik,
sağ qabırğa altında ağırlıq və ağrı,
dərinin, selikli qişaların və skleranın sararması,
 
nəcisin və sidiyin rənginin dəyişməsi,
dəri səpkiləri

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI