Xolesterini azaldan 3 vacib məhsul

17:07 25-04-2023 | icon 220 | Sağlamlıq
Xolesterini azaldan 3 vacib məhsul

Xolesterol, yağ turşuları içində həll olan heyvan mənşəli bir maddədir. Bu maddə müstəqil olaraq bədən tərəfindən istehsal edilir və bir hissəsi də qida ilə daxil olur.

 
 
Xolesterol orqanizmdə vacib funksiyaları yerinə yetirir: normal hüceyrə quruluşunu qoruyur, əhəmiyyətli hormon və öd istehsalına kömək edir.
 
 
Xolesterol o qədər də qorxulu deyil, sadəcə qanda daim yüksək səviyyədə və ya çox aşağı səviyyədə olması təhlükəlidir. Xalesterolun yüksək səviyyəsi müxtəlif xəstəliklərin inkişafına gətirib çıxarır.
 
 
Yüksək xolesterol bədəndə metabolizm prosesinin pozulması, ateroskleroz riski, infarkt riskini yaradır. Xolesterol lövhələr şəklində qan damarlarının divarlarında yerləşir.
 
 
Bununla birlikdə damar içini azaldır və normal qan hərəkətinə mane olur. Damar tutulması, trombların əmələ gəlməsinə səbəb ola bilir.
 
 
Həkim–diyetoloq Vasilisa Ponomarevanın sözlərinə görə, xolesterol səviyyəsini azaltmaq üçün ilk addım doymuş yağ qəbulunu azaltmaqdır : kolbasa, pendir, yağlı ət, şirniyyat.
 
 
Kifayət qədər doymamış yağlar yemək ürək sağlamlığının qorunmasının açarıdır və sağlam xolesterol səviyyələrini qoruyur.
 
 
Balıq - müxtəlif sağlamlıq faydaları ilə seçilən yağlı balıqlarda omeqa-3, çoxlu doymamış yağ növü var. Omega-3 qan təzyiqini saxlamağa, qan laxtalarını azaltmağa və qan dövranını yaxşılaşdırmağa kömək edir.
 
 
Fındıq və toxum - bitki qidalarına gəldikdə, kətan toxumu, günəbaxan və balqabaq kimi toxumlar, qoz, pekan və badam kimi çərəzlər də omeqa-3-ün böyük qaynaqlarıdır.
 
 
Avokado - tərkibində mono doymamış yağlar olan yeganə meyvədir. Bu, "yaxşı" HDL xolesterol səviyyənizi artıra bilən başqa bir faydalı yağ növüdür. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR