Oynaq sağlamlığı üçün yumurta və ət lazımdır

17:21 25-04-2023 | icon 177 | Sağlamlıq
Oynaq sağlamlığı üçün yumurta və ət lazımdır

Yumurta və əti müəyyən qədər normada qəbul etdikdə. orqanizmə zərər vermir. Hətta müəyyən orqan və problemlərə xeyirli təsir göstərir.

 
 
Protein qidaları bədəni amin turşuları ilə təmin edir.
 
 
Həkim – diyetoloq Tatyana Volkovanın sözlərinə görə, qidalanma oynaqların vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
 
 
Oynaqların sağlamlığı üçün zülal, C vitamini, B vitaminləri, dəmir, mis və sinklə zəngin qidaları qəbul edin.
 
 
Oynaqlarda qığırdaq meydana gəlməsinə kömək etmək üçün elastin və kollagenə ehtiyacı var. Öz növbəsində, bədəni protein məhsulları ilə təmin edən amin turşuları elastin və kollagenin istehsalına kömək edir.
 
 
Beləliklə, mal əti, quş əti, jelatin, yumurta və süd məhsullarının kifayət qədər istehlakı oynaqların sağlamlığı üçün faydalı olacaqdır.
 
 
Qızılbalıq, tuna, sardina, midye, karides, sərt pendirlər oynaqları yaxşı vəziyyətdə saxlamağa kömək edir.
 
 
Oynaqlarda iltihabi proseslərin qarşısını almaq üçün Omeqa 3 lazımdır. O isə ən çox soyuq suda yaşayan dəniz balıqlarının yağlı sortlarında - qızılbalıq, siyənək, skumbriyada olur.
 
 
Müəyyən miqdarda su içmək də oynaqların qığırdaq toxumasının kifayət qədər elastik qalması üçün vacibdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR