Bu çay təzyiqdən birdəfəlik qurtarır

08:17 26-04-2023 | icon 246 | Sağlamlıq
Bu çay təzyiqdən birdəfəlik qurtarır

Hipertoniya – xroniki xəstəlik olub, arterial təzyiqin vaxtaşırı və ya daimi olaraq yüksəlməsi ilə xarakterizə olunur.

 
 
Hipertoniya xəstəliyi ürək-damar sisteminin ən çox yayılmış xəstəliklərdən biridir. Bir çox hallarda insanlar hətta bu xəstəliyin inkişaf etməsindən şübhələnməyərək, bədənlərində baş verən dəyişiklikləri yorğunluq, stres və digər səbəblərə yozur.
 
 
Xüsusən də bu, cavan yaşda olanlara xarakterikdir. Çünki onların əksəriyyəti belə fikirləşir ki, hipertoniya ancaq qoca adamlara xasdır.
 
 
Hipertoniya xəstəliyinin ilk dövrlərində xəstələrdə vaxtaşırı olaraq arterial təzyiqin yüksəlməsi, baş ağrıları, ürəkdöyünmə, bəzən ürək nahiyəsində ağrı, başın ənsə (arxa) nahiyəsində ağırlıq hissiyyatı yaranır.
 
 
Xəstəliyin daha gec dövrlərində arterial təzyiq daha davamlı olur, xəstələrdə həmçinin baş gicəllənmə, əl və ayaq barmaqlarında keyləşmə, başa qan axınının artması hissiyyatı, gözlərin qarşısında “qığılcımların” yaranması, yuxunun pozulması, tez bir zamanda yaranan yorğunluq və s. əlamətlər də meydana çıxır.
 
 
Mütəxəssislər bir toxumun köməyi ilə canınızı birdəfəlik bu xəstəlikdən xilas edə biləcəyinizi açıqlayır.
 
 
Şüyüd bitkisinin toxumları ilə dəmlənmiş çayı içsəniz, təzyiqi azalda, qəbizlikdən, mədə ağrılarından, sidik qaçırmadan xilas ola bilərsiniz.
 
 
Şüyüd çayının hazırlanması qaydası:
 
 
Çaydana bir qaşıq toxum tökün, üzərinə yarım litr qaynar su alın. Şüyüd 40 dəqiqə dəmlənməlidir.
Hər dəfə 3 qurtum olmaqla içilir.
 
Çayı gündə ən azı yeddi dəfə içmək lazımdır. Kurs bir həftə davam etdirilməlidir və sonradan hər ay 2-3 gün içmək lazım olacaq. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...