Rusiyalı alimlərdən iddia

09:24 27-04-2023 | icon 320 | Sağlamlıq
Rusiyalı alimlərdən iddia

“Zəli infarkt və insultun qarşısını alır”

 

Trombozla mübarizə aparmaq üçün dərman qismində zəlidən istifadə etmək olar. Nəticədə infarkt və insultun qarşısını almaq mümkündür.

 

Moskva Fizika və Texnologiya İnstitutunun biofizikləri bu qənaətə gəliblər. Mütəxəssislər zülalın strukturunu aşkarlayıb və onun iş mexanizmini izah ediblər.

 

“Qan zülalları izopeptid bağları ilə bir-birinə bağlandıqda tromblar əmələ gəlir. Zülallar peptid bağı ilə bağlanmış amin turşuları zənciridir. Amma bu zəncirin bəzi yan qrupları da peptidlərə bənzər bağlar yarada bilər. Onlara izopeptidlər deyilir. Beləliklə, zəli fermenti yan zəncirlərin bu çarpaz bağlarını kəsir və əmələ gələn trombları əridir”, - İnstitutun Qocalma və Yaşla əlaqədar Xəstəliklərin Molekulyar Mexanizmləri üzrə Tədqiqat Mərkəzinin direktor müavini Valentin Borşçevski bildirib.

 

Mütəxəssislər bu zülalın üçölçülü strukturu haqqında rentgen şüalarının difraksiya analizi üsulu ilə məlumat əldə ediblər. Əldə edilən nəticələr gələcək tədqiqatlar üçün əsas kimi xidmət edəcək və yeni dərmanların yaradılmasına kömək edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...