Boynun düzləşməsi nə xəstəliyidir?

09:54 27-04-2023 | icon 396 | Sağlamlıq
Boynun düzləşməsi nə xəstəliyidir?

Boyun düzləşməsi xəstəlik deyil, xəstəliyə bir siqnaldır.

 
 
Boyunda 7 fəqərə var. Boyun fəqərələri normalda onə doqru S şəklində yerləşir. Bu əyriliyin itməsinə xalq dilində boyun düzləşməsi deyilir. Bu, fəqərələrin I şəklində düzülməsidir.
 
 
Boyun düzləşməsi, boyun əzələlərinin zəifliyi, sıxılması, qısalması nəticəsində olur. Problemli əzələlər fəqərəni davamlı olaraq arxaya doğru çəkər, normal fəqərə düzümünün pozulmasına yol açar.
 
 
Ən cox görülən səbəblər bunlardır:
 
-Səhv mövqedə uzun müddət dayanmaq (baş-gövdə bucağı 90 dərəcə olacaq şəkildə dayanmalı), önə əyilmiş mövqe əzələlərdə qısalma yaradır.
 
- Hündür yastıqdan istifadə etmək
- Osteoporoz (sümük əriməsi)
- Ağır işlərdə işləyərkən, çəki qaldırmaq
 
 
Boyun düzləşməsi (servikal lordoz azalması) nəticəsində; boyun nahiyəsindəki əzələ, damar, qığırdaq, sinir sistemi pozula bilər, fəqərələr və digər toxumalar kifayət qədər qidalanmadiqda problemlər ortaya çıxmağa başlayır.
 
 
Bunlardan:
 
-Boyun və qol ağrıları
 
- Baş gicəllənməsi ilə birlikdə baş ağrısı (beyinə gedən iki damar (vertebral arteriyalar) sıxıldıqda beynə kifayət qədər qan göndərə bilmir.
 
- Qulaqlarda zingilti, küy
- ürəkbulanma
- Yuxu pozulması
- Unutqanlıq
 
 
Müalicə edilmədikdə balansızlıq, konsentrasiya, yaddaş pozulmalarına yol aca bilir. Bu problem MRT və rentgenlə diaqnoz olunur. Müalicəni nevroloq və fizioterapevt aparır. /medicina/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...