Qırmızı meyvələrin ürək patologiyası olan xəstələr üçün faydaları barədə məlumat mifdir. Rənglərin ürəyə əhəmiyyəti yoxdur.
Ürək problemi zamanı daha çox qırmızı tərəvəz və meyvələr, eləcə də ət yemək kimi elarası tövsiyələrin heç bir real əsası yoxdur.
Həkim – kordioloq Nataliya Peresıpkonun sözlərinə görə, nədənsə cəmiyyətdə belə bir fikir formalaşıb ki, ürək problemləri olan insanlar üçün müntəzəm olaraq qırmızı meyvə və qırmızı ət yemək çox faydalıdır.
Bu rəng qan və ürəyin fəaliyyətinə heç bir təsir etmir.
Amma onları sağlamlıq üçün yararsız adlandırmaq mümkün deyil. Axı, hər bir meyvə və ya tərəvəzin öz faydaları var.
Məsələn, çili bibəri arıqlamağa və maddələr mübadiləsini aktivləşdirməyə kömək edir, qırmızı bolqar bibəri C vitamininin ən yaxşı mənbəyidir, çuğundur həzm sisteminin və xüsusən də bağırsaqların işini yaxşılaşdırmağa kömək edir.
Ürək üçün faydalı qidalardan danışırıqsa, bu baxımdan ən qiymətliləri tərkibində kalium olanlardır. Məsələn, banan, qurudulmuş göbələk, quru meyvələr, soya, buğda kəpəkləri, ispanaq, qoz-fındıq, göyərti. Omeqa-3, çoxlu doymamış yağ turşuları da damar sistemi üçün faydalıdır.
Yağlı dəniz balığı yemək ürək, ümumiyyətlə immunitet sistemini gücləndirmək üçün çox faydalıdır. Məsələn, siyənək, tuna, qızılbalıq, sardinya və ya qızılbalıq.
Bundan əlavə, həkim bitki mənşəli lif və dəmir olan qidaları yeməyi tövsiyə ediri. Gündə təxminən 400 q tərəvəz və meyvə kifayət edəcəkdir. /medicina/