“Volkov "günah keçisi" “təyin edilib””

10:07 27-04-2023 | icon 506 | Siyasət
“Volkov "günah keçisi" “təyin edilib””

Vüqar Dadaşov: “Bu, Azərbaycanı siyasi-hərbi baxımdan güc mərkəzi kimi təsdiq edir”

 

Azərbaycanın Xankəndi və ətraf ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkov Rusiya müdafiə nazirinin müşaviri, general-polkovnik Aleksandr Lentsov ilə əvəzlənib. Niyə?

 

 

Bu istiqamətdə şərh verən hüquqşünas, siyasi ekspert Vüqar Dadaşov hesab edir ki, general Volkovun general Lensovla əvəzlənməsinin Azərbaycanın Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında Sərhəd Buraxılış Məntəqəsini (SBM) qurmasından sonra tətbiqi sözsüz ki, bir-biri ilə bağlı məsələdir.

O, bildirib ki, bir müddət əvvəl Rusiya XİN-nin başçısı Lavrovun Azərbaycanın Laçın-Xankəndi yolunda SBM-nin qurması ehtimalına qəti etirazı fonunda Azərbaycanın buna məhəl qoymadan sözügedən SBM-ni qurmasından sonra, Rusiyanın sülhməramlı kontingentinə komandan dəyişikliyi ilk növbədə Rusiyanın imicini, nüfuzunu qorumaq cəhdidir. Onun fikrincə, Rusiya mediasında Azərbaycanın Ermənistanla sərhəddə həmin SBM-nin açılmasına güya Rusiya Müdafiə Nazirliyinin razılıq, yaxud icazə verməsi kimi fikirlərin səslənməsi Rusiyanın nüfuzunu qorumaq üçün növbəti cəhdidir.

 

Rusiya dövlətinin regionda təsirinin zəifləməsini maskalamaq, siyasi-hərbi uğursuzluğuna bəhanə tapmaq üçün"günah keçisi" kimi artıq keçmiş komandan Volkov təyin edilib:

 

“General Volkov öz tamahı ilə sözün əsl mənasında nəticə etibarı ilə Azərbaycanın işinə yaradı. Təbii ki, general Volkov Moskvadan aldığı təlimata uyğun hərəkət etsə də, həm də vəziyyəti öz şəxsi maraqları ilə uzlaşdıra bilmişdi. Müəyyən mənada general Volkov erməni separatçılarının təsirinə düşərək Azərbaycan maraqlarına qarşı "naqlost" nümayiş etdirirdi. Azərbaycan ekofəallarının, ictimai aktivistlərinin Laçın - Xankəndi yolunda keçirdiyi aksiya erməni separatçıların cənbəri qısaldığından Volkov üçün yeni "imkanlar" yaranmışdı. Silah-sursat qaçaqmalçılığı, erməni separatçıların, adi ermənilərin daşınması-keçirilməsi, İrandan terrorçuların Xankəndinə gətirilməsi və əksinə çıxarılması general Volkovun biznesinə çevrilmişdi. Üstəlik Azərbaycanın təbii sərvətlərinin talanmasına şərik çıxması Volkovu sülhməralıdan çox talançıya, "moradyor"a bənzədirdi”.

 

V.Dadaşov vesab edir ki, Azərbaycanın Laçın - Xankəndi yolunun başlanğıcında SBM-ni qurmağından sonra Volkovun Lentsovla əvəzlənməsi ümumi vəziyyətə də aydınlıq gətirir. Onun sözlərinə görə, bu fakt həm də onu təsdiq edir ki, Volkov Azərbaycanın mümkün addımlarından ya xəbərsiz olub, ya da Azərbaycan belə bir qəti addım atacağına inanmaylb:

 

“Hər bir halda Kremlə dolğun məlumatı ötürə bilməməsi də göz qabağındadır. Həm də bu fakt ona sübutdur ki, Azərbaycan Ordusunun peşəkarlığı, sirliliyi çox yüksək səviyyədədir. Digər tərəfdən, Rusiyanın Ukraynaya müharibəsi ilə özünün və Putin hakimiyyəti üçün elə təhlükələr yaradıb ki, real olaraq mövcudluğu belə böyük sual altına düşüb. Yeri gəlmişkən, Çinin açıq, publik şəkildə Rusiya ilə müttəfiqlik istəyindən imtina etməsi Rusiyanın taleyinin çətin sınaqlar qarşısında olduğuna işarədir. O ki, qaldı Lentsovun şəxsinə və bioqrafiyasının müharibə təcrübəsi ilə zəngin olmasına, hesab edirəm ki, Lentsovun hansı bacarığa sahib olmasından asılı olmayaraq onun imkanları ona yaradacağımız şərait, vəziyyətdən asılıdır. Elə ruslar demişkən, əgər məlumatlıyıqsa - deməli hazırlıqlıyıq. Bir əsas şərt də odur ki, Azərbaycan kiminsə planının iştirakçısı deyil, əksinə Azərbaycan planlı şəkildə özü reallıqlar yaradır və maraqlı tərəflər prosesdən kənarda qalmamağa çalışır”.

 

Ekspert qeyd edib ki, Azərbaycanın faktiki olaraq BMT TŞ-nın beş daimi üzvlərindən üçünün: ABŞ, Rusiya, Fransanın qəti etirazına baxmayaraq Laçın-Xankəndi yolunun başlanğıcında SBM-nin işinə başlatması Azərbaycanı siyasi-hərbi baxımdan güc mərkəzi kimi təsdiq edir və təbii ki, bu reallığa qarşı çıxan qüvvələrin dağıdıcı fəaliyyətinin də artacağı məlumdur:

 

“Həqiqət budur ki, 44 günlük Vətən müharibəsindən sonra Laçın - Xankəndi yolunun başlanğıcında SBM-nin qurması ən mühüm addımdır hansı ki, Azərbaycan bütün sərhədlərini qapadaraq faktiki ərazi bütövlüyünü bərpa etmişdir. Faktiki olaraq  Azərbaycan Laçın-Xankəndi yolununun başlanğıcında SBM qurması Ermənistanda daxili siyasi vəziyyət olduqca gərginləşib. Paşinyanın Parisə, Moskvaya, Vaşinqtona, Brüsselə zənglərinin əhəmiyyətsiz və Azərbaycana heç bir təsir imkanlarının olmamasının göstəricisidir. Azərbaycan öz ərazisinə giriş-çıxışa nəzarət etməsi Beynəlxalq hüquqa əsalanan leqitim müstəsna hüququdur. Siyasi-hərbi, iqtisadi baxımdan güclü dövlət kimi, Azərbaycan öz qanuni və ədalətli haqqını ancaq öz imkanlarına arxalanaraq qoruması məhz kənardan  heç kimdən asılı olmayan, təsir edilə bilməyən reallıqlar yaradır”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Məktəblərarası biologiya yarışması keçirilib

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI