Yeni müavinətlər kimlərə veriləcək?

11:06 27-04-2023 | icon 369 | İqtisadiyyat
Yeni müavinətlər kimlərə veriləcək?

“Sosial müavinətlər haqqında” Qanuna təklif edilən düzəlişlər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov dəyişikliklərlə yeni müavinətlərin kimlərə veriləcəyi ilə bağlı suallara aydınlıq gətirib.

 

V.Bayramov qeyd edib ki, dəyişikliklərə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin tərbiyə edilməsinə görə aylıq müavinətlər ödəniləcək:

“Bu müavinət himayədar valideynlərlə dövlət qurumu arasında uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqdan sonra ödəniləcək. Müavinətin məbləği dəyişikliklərin qəbulundan sonra müəyyənləşəcək. Digər dəyişikliyə əsasən, həmin uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər də ödəniləcək. Bu zaman da oxşar müqavilənin bağlanması əsas şərtdir. Bu müavinət müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilməklə, həmin müqavilənin qüvvədə olduğu müddətə təyin edilir”.

 

Deputatın sözlərinə görə, dəyişikliklərin məqsədi uşaqları himayəyə götürən ailələrin sosial vəziyyətini daha da yaxşılaşdırmaq və kimsəsiz uşaqların ailələrdə böyüməsini stimullaşdırmaqdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR