Anlaşma Memorandumu nəyi diqtə edir?

16:11 27-04-2023 | icon 424 | Siyasət
Anlaşma Memorandumu nəyi diqtə edir?

Könül İsmayılova: “Qarşıda neft meqalayihələrindən tutmuş, yaşıl hidrogenə qədər layihələr durur”

 

Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Prezident İlham Əliyevin mərasimdəki çıxışı diqqət mərkəzində idi.

 

Versus.Az xəbər verir ki, Anlaşma Memorandumunun imzalanmasını şərh edən Nizami rayon icra hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi şurasının və idarə heyətinin üzvü Könül İsmayılova bildirib ki, ölkəmizin iqtisadi gücünün sürətlə artması təsadüfi deyil:

 

 

“Bu sahədə də dövlət siyasətimiz öz sözünü deyib və deməkdədir. İşğaldan azad etdiyimiz torpaqlarımızda başladığımız quruculuq işləri Azərbaycanın iqtisadi gücünün daha da artacağından xəbər verir. Bu, məsələnin bir tərəfi…

Bu gün dünyanın da şahidlik etdiyi bir Anlaşma Memorandumu imzalandı. Azərbaycan Prezidenti bunu enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində çox mühüm addım kimi dəyərləndirdi. İndi Azərbaycanın təbii qaz təchizatının coğrafiyası genişlənəcək. Prezidentin də qeyd etdiyi kimi, “Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir”. Necə deyərlər, dövlətimiz, xalqımız üçün uğurlu olsun”.

 

K.İsmayılova dost ölkələrlə strateji tərəfdaşlığımızın dövlətlərimiz arasındakı münasibətləri daha da möhkəmləndirməsinə diqqət çəkib. Vurğulayıb ki, həqiqətən də Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır:

 

“Anlaşma Memorandumu ilə nəyə nail olacağıq? Birincisi, Azərbaycan üçün Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq. İkincisi, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.

Prezident İlham Əlyevin çxışından da bəlli olduğu kimi, qarşıda perspektiv planlar var. Bu ilin sonundan etibarən ölkəmizin Macarıstana və Slovakiyaya qaz təchizatına başlayacağı gözlənilir. Beləcə, ölkəmizin qaz təchizatının coğrafiyası 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişlənəcək və genişlənməyə davam edəcək. Məqsəd enerji sahəsində də bütün hədəflərə nail olmaqdır.

Qarşıda isə həyata keçirəcəyimiz neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr durur”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...