Deputatlar təhsil sahəsini TƏNQİD ETDİLƏR

12:12 28-04-2023 | icon 357 | Təhsil
Deputatlar təhsil sahəsini TƏNQİD ETDİLƏR

“Bu gün təhsil sahəsində ciddi problemlər var. Elm və Təhsil Nazirliyi ümumi və ali təhsilin idarə olunmasında öz funksiyasını tam yerinə yetirə bilmir”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin aprelin 28-də keçirilən iclasında deyib.

 

Onun sözlərinə görə, təhsil sahəsindəki proseslər çox ləng gedir:

 

“Elmlə bağlı faktiki ciddi iş görülmür, bunu da qanunvericiliklə əsaslandırırlar. Ali təhsilin keyfiyyətində də ciddi problemlər var. Diplomu veririk, bir müddətdən sonra da deyirik ki, sizin diplomunuza güvənmirik və onları sertifikasiya edərək biliklərini yenidən yoxlayırıq”.

 

 

Deputat Etibar Əliyev çıxışında ali təhsil müəssisələrində dərsliklərin çatışmadığını və nəşrlərin tərcüməsi üçün vəsait ayrılmadığına diqqət çəkib:

 

“Yeni peşələrin atlası hazırlanmalıdır. Kosmetik dəyişikliklərlə hansı mütəxəssisləri hazırlaya bilərik?! Bu gün əmək bazarının tələblərinə uyğun olan kadr hazırlanmasında problemlər var”.

 

Komitə sədri Bəxtiyar Əliyev deputatın dərsliklərlə bağlı fikirlərinə cavab olaraq bildirib ki, Azərbaycan Dövlət İqtisad Universiteti dərslik müəlliflərinə pul ayırır və lazımi dərsliklər pulsuz çap olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122