Laçın sərhədinə nəzarət mexanizminin YOL XƏRİTƏSİ

13:18 28-04-2023 | icon 721 | Geopolitika
Laçın sərhədinə nəzarət mexanizminin YOL XƏRİTƏSİ

"Müvafiq sərhəd buraxılış məntəqəsinin qurulması zəruri idi və bu da həyata keçirildi"

 

Azərbaycan Dövlət Sərhəd Xidməti Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin açılışını etməklə ölkəmizə, xalqımıza daha bir qürurlu anı yaşatdı. Bununla da Ermənistandan Laçın rayonu ərazisindən keçməklə Azərbaycana gətirillən qeyri-qanuni yüklərin, səfərlərin qarşısı alınacaq.

 

Laçın yolunda Azərbaycan sərhəd buraxılış məntəqəsinin qurulmasının regiona verdiyi vədlər nədir və beynəlxalq təşkilatların, xüsusilə, Fransanın, ABŞ-ın məsələ ilə bağlı narahatlığı nədən qaynaqlanır?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə hafta.az-a şərh verən hərbi ekspert və siyasilər prosesə fərqli aspektlərdən birmənalı yanaşıblar.

 

 

Hərbi ekspert Şair Ramaldanov Azərbycan sərhəd xidmətinin Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsini qurmasını çox böyük hadisə və  nailiyyət kimi dəyərləndirib.

 

“Laçın dəhlizi nəzarətsiz qalan bir ərazi idi. Həmin dəhliz vasitəsi ilə Ermənistandan Azərbaycana qanunsuz silah-sursat daşınırdı. Vətən müharibəsi zamanı bizim sərhədçilərimiz Xudafərin qəsəbəsini azad edərək Ali Baş Komandana məruzə etmişdilər. Bu gün Laçında nəzarət buraxılış məntəqəsinin yaradılması məhz Xudafərin qəsəbəsinin azad edilməsi miqyası kimi böyükdür. Laçın dəhlizinin nəzarətsiz olan zamanı, müəyyən öhtəliklər götürsə də Rusiya sülhməramlı qüvvələri Ermənistandan Qarabağa yüklərin daşınması, arzuolunmayan şəxslərin ərazilərimizə girib çıxmasına şərait yaradaraq Azərbaycan qanunlarına zidd mövqe nümayiş etdirirdilər. Ermənistandan revanşit  qüvvələrin ölkəmizə daxil olması, Azərbaycanda təbii sərvətlərin talanması, gizli yolla döyüş sursatlarının gətirilməsi, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycana-Qarabağa gətirilməsi üzündən bu gün qanunsuz erməni silahlı dəstələrinin sayı 10 minə gəlib çıxıb. II Qarabağ savaşında əldə olunan qələbədən sonra 2021-ci il istehsalı olan minaların məhz Rusiya sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi ərazilərdə postların  minalanması, bir neçə gün  öncə Azərbaycan hərbi maşının minadan partlaması  və hərbçilərimizin xəsarət almaları və sair amillər Laçın dəhlizindən humanitar yönlü yox, başqa yüklərin, şəxslərin daşınması sərhəd məntəqəsinin qurulmasını zəruri edirdi”.

 

Ş.Ramaldanov bildirib ki, Laçında sərhəddə postun yaradılması bütün yüklərin, şəxslərin giriş-çıxışını nəzarət altında saxlayacaq. Onun sözlərinə görə, bütün proseslər  Rusiya sülhməramlıları ilə razılaşdırılmış şəkildə aparılacaq:

 

“Əsas odur ki, biz başqa yerlərdən qaçıqmalçılıq yolu ilə hərbi təyinatlı yüklərin Azərbaycana keçməsinin qarşısını almış olacağıq. Bu Azərbaycanın suveren haqqıdır və heç bir beynəlxalq tələblərə zidd deyil”.

 

Ekspert qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyev baş verən məlum erməni təxribatlarına əsasən Qarabağda nəzarət-buraxılış məntəqəsinin yaradılması haqqında öz fikrini  söyləmişdi. Nəhayət bu gün Ermənistan tərəfinin üçtərəfli bəyannaməyə ziddi olaraq öz sərhəd ərazisində nəzarət postu yaratması Azərbaycanın adekvat addım atması  üçün şərait yaratdı. 

 

Ş.Ramaldanov hesab edir ki, Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qurulması 4 aya yaxındır aksiya keçirən ekofəalların tələblərini ödəməklə, dayandırıla da bilər:

 

“Dövlət Sərhəd Xidmətinin peşəkarlığı nəticəsində Azərbaycanın yeganə nəzarətsiz qalan  sərhəddi- Laçın dəhlizi nəzarət alına alınıb. Bu artıq Azərbaycanın Laçın rayonuna qayıdışın təhlükəsizliyini təmin etməklə yanaşı, bundan sonra qanunsuz siahlı dəstələrin tərksilah edilib çıxarılmasının başlanğıcıdır. Gələcəkdə separatçıların, qanunsuz silahlıların ərazidən çıxarılması, orada reinteqrasiya məsələlərinin  daha da sürətlə inkişaf etdirilməsi üçün böyük rol oynayacaq. Artıq sərhəd müxanizminin qurulmasını Qarabağ iqtisadi zonasının Azərbaycanın müfaviq qurumlarının nəzarətinə keçməsinin başlanğıcı kimi də qəbul etmək olar. Prezidentin “nəyi, nə zaman edəcəyimizi yaxşı bilirəm” fikri  dəfələrlə təsdiqini tapdı. Cənab Prezident bu prosesin zərurətini praktiki şəkidə həyata keçirtdi. Bununla da dövlət sərhəddinin nəzarət mexanizminin yaradılması yeni, tarixi strateji əhəmiyyətli qərar kimi qəbul etmək olar.  Bu, ərazi bütövlüyümüz. suverenliyimizin tam təmin olunmasının növbəti mühüm təntənəsidir.  Artiq  sülh müqaviləsinin bağlanması və digər öhtəliklərin yerinə yetirilməsi də təmin olunacaq. O təminatın nə zaman baş verəcəyini də cənab prezident yaxşı bilir”.

 

 

 

Hərbi Ekspert Ədalət Verdiyev bildirib ki, Laçın ərazisindən Ermənistana keçən yollar bir neçə mərhələdə nəzarətə alınıb. O, qeyd edib ki, əvvəl Ermənistanın Qarabağla əlaqəsini  təmin edən Laçın yolunu, daha sonra isə əsas və köməkçi torpaq yolları nəzarətə götürüldü. İndi isə  Həkəri çayının üzərindən keçən son alternativ  yolun üzərində  son sərhəd nəzarət buraxılış məntəqəsini qurduq.

 

Ə.Vəliyev bununla da Ermənistandan Qarabağa silah-sursat  daşınmaların qarşısının alınacağını deyib:

 

“Bu təbii olaraq rusların müvəqqəti nəzarətində  olan ərazilərdə qalan ermənilərin silah-sursatla təminatında ciddi  problemlərə şərait yradacaq. Nəticə etibarilə erməni silahlılarının müqavimət potensialının zəifləməsinə və  onların təmizlənməsi  zamanı Azərbaycan tərəfinin itkilərini  minimallaşdırılması ilə nəticələnəcək”.

 

Ə.Verdiyev hesab edir ki, Ermənistan özünün ərazilərində kifayət qədər sərhəd-buraxıış məntəqələri qura bilər:

 

“Bunun bizə heç aidiyyatı yoxdur və fəaliyəyətimizə də heç bir maneə yaratmır. Çünki bizim Ermənistana göndərəcəyimiz yükümüz yoxdur. Ermənistanda sərhəd buraxılış məntəqəsinin qurulması onların özü üçün lazım olan faktordur. Ola bilər ki, Ermənistan öz vətəndaşlarının Qarabağa keçməsini məhdudlaşdıracaq”.

 

 

Politoloq Rəşad Bayramov bildirib ki, Azərbaycan-Ermənistan sərhəddində Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqsinin qurulması zəruri idi.

 

R.Bayramov qeyd edib ki, Ermənistan tərəfinin həmin yoldan sui-istifadə etdiyinin, özündə humanitar məqsədləri ehtiva edən yoldan silah-sursat, mina daşınması üçün istifadə olunduğunun şahidi idik:

 

“Çox təəssüf ki, həmin yola nəzarət etməli olan Rusiya sülhməramlıları da üzərlərinə düşən vəzifələri düzgün yerinə yetirməyərək və ya yetirmək istəməyərək bir çox hallarda Ermənstan tərəfinin bu özbaşınalığına göz yumur və hətta həmin silahların daşınmasında iştirak edirdilər. Nəticdə həmin yolun nəzarətdən kənarda qalması faktiki olaraq separatşı rejimin silahlandırılmasına, ərazilərimizdə hələ də qalmaqda davam edən 10 mindən artıq terrorçu erməni hərbi birləşmələrinə silah sursat və mina daşınmasına xidmət edirdi”.

 

Politoloq qeyd edib ki, üçtərəfli bəyanata əsasən, Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verilməsi ilə bağlı öhdəlik götürüb:

 

“Əgər biz həmin yola nəzarət etmiriksə və o yoldan kim istəsə, nə istəsə daşıya bilərsə o zaman verdiyimiz öhdəliyi necə yerinə yetirə bilərik. Axı bu öhdəlik eyni zamanda, Laçın yolundan sui-istifadənin qarşısının alınmasını da ehtiva edir. Demək ki, müvafiq sərhəd buraxılış məntəqəsinin qurulması zəruri idi və bu da həyata keçirildi. Başqa sözlə desək, Azərbaycan sərhəd buraxılış məntəqəsi qurmaqla faktiki olaraq təhlükəsizliyin təminatı ilə bağlı öhdəliklərini yerinə yetirib.

Düşünürəm ki, bu hadisə təkcə qanunsuz hərbi birləşmələrin təchzitaının qarşısını almayacaq, eyni şəkildə bu addım həm də Üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən hər vəchlə yayınan və sülh danışıqlarını sabotaj edən Ermənistan tərəfini də məcbur edəcək ki, ağlını başına yığsın və revanşist bəyanatlar səsləndirməklə, müxtəlif yollardan istifadə edərək separatçı rejimə dəstək verməklə nəyəsə nail olmağın mümkün olmayacağını dərk etsin”.

 

Ayrı-ayrı ölkələrin, ABŞ və Fransanın məsələyə münasibətinə gəldikdə isə R.Bayramov hər birinin regionda maraqlarının olduğunu önə çəkib:

 

“Bu dövlətlər öz maraqlarıni Azərbaycanla Ermənistan arasında münasibətlərdən istifadə edərək təmin etmək istəyirlər. ABŞ bu cür bəyanatlarla Ermənistanın yanında olduğu görüntüsünü yaradaraq Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışır. Fransa isə 30 il ərzində olduğu kimi yenə də kiçik bacısına dəstək verməklə Ermənistan üzərindən regiona təsir imkanları əldə etmək istəyir. Düşünürəm ki, onların mövqeləri quru bəyanatlardan uzağa getməyəcək. Çünki həm ABŞ, həm də Fransa Azərbaycanın öz sərhədlərində buraxılış məntəqələri qurmasının Qarabağda olan ermənilərin təhlükəsizliyinin və hüquqlarının təminatına problem yaratmadığını yaxşı bilir. Sərhəd buraxılış məntəqəsi mülki şəxslərin və yüklərin daşınmasına hər hansı problem yaratmır. Problemlə Ermənistandan Azərğaycan ərazisinə əvvəlki kimi silah-sursat, canlı qüvvə və xüsusilə də minalar daşımaq istəyənlər üzləşəcəklər, çünki belə daşımalar artıq mümkün olmayacaq.

Digər tərəfdən, Ermənistan Soçi və Praqa görüşləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyib, tərəflərin Almatı Bəyannaməsinə və BMT Nizamnaməsinə uyğun birgə hərəkət etməsi qeydə alınıb. Eyni zamanda Ermənistan baş naziri Nikol Paşinyan bu yaxınlarda parlamentdə çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünə dair Soçi və Praqa görüşlərinin əhəmiyyətini vurğulayıb. Ona görə də Azərbaycanın Həkəri çayı üzərində Ermənistanla Laçın rayonunu birləşdirən kommunikasiya xəttində sərhəd-buraxılış məntəqəsini qurması həm də beynəlxalq hüquqa söykənir. Öz sərhədlərində buraxılış məntəqəsi və ya kömrük postları qurmaq hər bir ölkənin suveren hüququdur. Bu mənada demək olar ki, Azərbaycanın adı çəkilən ərazidə sərhəd-buraxılış məntəqəsi qurması həm də beynəlxalq hüququn fundamental norma və prinsiplərindən irəli gəlir”.

 

Poitoloq bildirib ki, Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir. Laçın yolu üzərində nəzarətin həyata keçirilməsi ümumiyyətlə regionun təhlükəsizliyinə də öz töhfəsini vercəkdir.

 

 

 

Politoloq Elxan Şahinoğlu  bildirib ki, ABŞ Dövlət Departamentinin və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasına etirazları və bunun 2020-ci il 10 noyabr bəyanatına istinad etmələri məntiqsiz olmaqla yanaşı Vaşinqton və Parisin təhlükəsizlik siyasətinə də uyğun deyil:

 

“Kreml həm Vaşinqtonun, həm də Parisin rəqibinə çevrilib, Ukrayna müharibəsi ipləri qoparıb, nəticədə ABŞ və Fransanın Rusiyaya qarşı sərt sanksiyaları mövcuddur. Digər tərəfdən bu səbəbdən Fransa və ABŞ Rusiya ilə bir masaya oturmaqdan imtina edirlər. Minsk Qrupunun dağılmasında bu amilin də rolu olub. Bütün bunlar varkən, Vaşinqton və Paris bizə məsləhət görür ki, rəqibləri “Rusiyanın vasitəçi olduğu 2020-ci il 10 noyabr bəyantına riayət etmək lazımdır”. Rusiyanın vasitəçiliyi ilə qəbul edilən sənədlər belə məqbuldursa, Ukrayna başda olmaqla bütün beynəlxalq və regional platformalarda Kremlə qarşı niyə mübarizə aparırsınız, yoxsa Azərbaycan-Ermənistan qarşıdurması Sizin üçün istisnadır?..”

 

E.Şahinoğlu bəyan edib ki, biz sərhədlərimizdə keçid-məntəqələri yaradırıq, kimsə işimizə qarışa bilməz, verdikləri bəyanatlar sadəcə erməniləri sakitləşdirmək üçün növbətçi xarakter daşıyır:

 

“Yəni Vaşinqton və Paris ermənilərə deyirlər ki, “biz Azərbaycana sözümüzü dedik, qalanı bizlik deyil, başınızın çarəsinə baxın”. Bunu ermənilər də anladıqlarından reallıqla barışmaq məcburiyyətindədirlər”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...