Anlaşma Memarandumu və əhəmiyyəti...
Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir.
Bunu Versus.az-a iqtisadçı ekspert Xalid Kərimli Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması və əhəmiyyətini şərh edərkən bildirib.
X.Kərimli Anlaşma Memarandumun imzalanmasının Azərbaycan üçün iki əsas istiqamətdə xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Ekspert birinci mühüm amil kimi bunu qazın satış coğrafiyasının genişləndirilməsi ilə əlaqələndirib. İqtisadçı qeyd edib ki, ıq, bu, mayeləşmiş qaz olmadığı üçün Azərbaycan qazı borularla satır.
“Yəni hara boru çəkiriksə, ora qaz sata bilərik. Azərbaycan özü öhtəliyinə düşənləri edib. Qazın “Şahdəniz”də çıxarılması, istismarı üçün investisiya qoymuşuq. TANAP layihəsinin tikintisində öz hissələrimizi maliyyələşdirmişik. TAP-da SOKAR tikintini həyata keçirdib və öz hissələrini maliyyələşdirib. İndi Avropa ölkələri razılaşdırılmalara uyğun olaraq interkonnektor vasitəsi ilə boruları öz ərazilərinə çəkirlər. Bu, bizim üçün ona görə əhəmiyyətlidir ki, nə qədər çox interkannektor olsa, satış bazarımız da genişlənəcək. Satış coğrafiyamızın genişlənməsi bizim hansısa alıcılardan asılı vəziyyətə düşməmizə imkan verməyəcək. Yəni məhsulumuzu daha çox alıcıya satmaqla məhsulumuzu daim bazar qiymətinə satacağıq. Yəni bununla da bazar risklərimizi aşağı salırıq”.
Ekspert Anlaşma Memarandumun digər əhəmiyyətli məsələsi kimi siyasi və strateji partnyorların tapılması və münasibətlərin yaxşılaşması, eyni zamanda yeni imkanların yaranmasını önə çəkib. Onun sözlərinə görə, bu ölkələrlə ticari əlaqələrin yaxşılaşması, enerji təhlükəsizliyində rol almaqla ölkələr arasında münasibətləri yaxşılaşdırmaqla qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsi üçün əlverişli şərait yaradır.
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"