"Bu, Mərkəzi, Şərqi Avropa ölkələri ilə strateji əməkdaşlığı gücləndirəcək"
Vüqar Bayramov: "Azərbaycanın regiondakı mövqeyinin daha da güclənməsini müşahidə edirik”
Prezident İlham Əliyevin 25 aprel tarixində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması və bunun əhəmiyyəti müxtəlif aspektlərdə təhlil olunmaqdadır. Memarandum regionun qaz təhcizatı coğrafiyasına Azərbaycan və Avropanın enerji təhlükəsizliyinə nə vəd edir?
Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun güclənməkdə olduğunu bildirib.
“Cənub-Qaz dəhlizi reallaşan zaman Azərbaycan mavi qazının 6 ölkəyə çıxarılması nəzərdə tutulmuşdu. Amma Azərbaycan qazı Avropada ən azı 10 ölkəyə nəql ediləcək. Bu say daha da arta bilər, çünki Avropada Azərbaycan qazını almaq istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Bu da ondan xəbər verir ki, bir tərəfdən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu artır, digər tərəfdən Azərbaycanın geosiyasi mövqeyinin güclənməsinə imkan yaradır”.
V.Bayramov hesab edir ki, bu, eyni zamanda Azərbaycanın Mərkəzi, Şərqi Avropa ölkələri ilə strateji əməkdaşlığının gücləndirəcək. Onun sözlərinə görə, bu özünü yalnız enerji əməkdaşlığında deyil, eləcə də ticarət dövriyəsində də göstərir.
“Nəzərə alaq ki, Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyəsi 2022-ci ildə 325 min dollardan çox olub. Bu əvvəlki illə müqayisədə 4,5 dəfə atrım deməkdir. Bütün bunlar ondan xəbər verir ki, güclənən strateji əməkdaşlıq, qarşılıqlı olaraq dövlətlərin faydalanmasına və daha çox gəlir əldə etməsinə imkan yaradıb. Eyni zamanda ölkələrin geosiyasi mövqeyini daha da gücləndirir və biz Azərbaycanın regiondakı mövqeyinin daha da güclənməsini müşahidə edirik”.
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"