Təhsillə bağlı nə dəyişir - DETALLAR

15:54 28-04-2023 | icon 394 | Təhsil
Təhsillə bağlı nə dəyişir - DETALLAR

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. 

 

Versus.az xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib. 

 

Müzakirə olunan məsələlər aşağıdakılardır: 

 

1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 

 

2. “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 

 

3. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 

 

4. Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 

 

“Təhsil haqqında” qanuna təklif olunan dəyişiklər

 

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. 

 

Qeyd edək ki, hazırda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakına dair müddəa yer almayıb. 

 

Eyni zamanda qanuna görə, təhsil sahəsində dövlətin vəzifələri artırılacaq. Layihəyə əsasən, təhsil sahəsində dövlətin vəzifələri sırasına aşağıdakılar daxil edilir: 

 

- peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək; 

 

- yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydalarını müəyyən etmək; 

 

- təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən etmək; 

 

- ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydasını təsdiq etmək; 

 

- ali təhsil müəssisələrində elmi-tədqiqat və elmi-metodiki işlərin təşkili, qaydalarını və professor-müəllim heyətinin tədris işi vaxt normasını müəyyən etmək; 

 

- təhsil müəssisələrinə tədris-metodiki rəhbərliyi və nəzarəti həyata keçirmək; 

 

- dövlət məktəbəqədər təhsil müəssisələrinin təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək və sertifikatlaşdırmanı həyata keçirmək; 

 

- ali təhsil müəssisələrində elmi-tədqiqat işlərini dəstəkləmək və mükafatlandırmaq. 

 

Elmi təşkilatlarda magistratura yaradılmayacaq. 

 

Qüvvədə olan qanuna əsasən, magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda yaradıla bilər. Bu siyahıdan elmi təşkilat çıxarılır. 

 

Müvafiq olaraq qanunun digər maddələrinə də anoloji dəyişiklik təklif olunur. Məsələn, hazırda elmi təşkilat magistr təhsil proqramı əsasında təhsil prosesini həyata keçirən və məzunlara magistratura səviyyəsində təhsil haqqında dövlət sənədi verən qurumdur. Magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün müəyyən edilmiş müddəalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata şamil edilir. Layihəyə əsasən, bu müddəalar ləğv edilir. 

 

Qəbul ediləcəyi halda bu müddəalar 2023-cü il sentyabrın 1-dən qüvvəyə minəcək. 

 

Müəllimlərə güzəşt

 

“Məktəbə qədər təhsil haqqında” qanuna təklif olunan dəyişiklik layihəsinə əsasən üzürlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ olacaq:

 

- Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.  

 

Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçməyəcəklər:

 

 -hamilə qadınlar;  

 

-uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);  

 

- ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;  

 

- azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.  

 

- 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.  

 

- Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. 

 

- Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ vardır. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 

 

 - Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir”. 

 

Qeyd edək ki, digər qanunlarda dəyişikliklər texniki xarakter daşıyır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR