Bu xəstəlik əksər hallarda xəstənin ölümünə səbəb olur

11:36 29-04-2023 | icon 717 | Sağlamlıq
Bu xəstəlik əksər hallarda xəstənin ölümünə səbəb olur

Nərminə Abbasova: “Hərə bir həkim məsləhət görür, xəstə hamısını dənəyir, axırı da bu…”


Pemfiqus xəstəliyi - dəri və selikli qişaları zədələyən ağır və nadir təsadüf olunan dəri xəstəliyidir. Xəstəlik özünü yayılmıș qovuqlar şəklində biruzə verir.


Ailə həkimimiz, terapevt Nərminə Abbasova mövzu ilə bağlı oxucularımızı məlumatlandırmazdan öncə qarşılaşdığı bir hadisəni danışdı…

 

Bir qadın ağız yaraları ilə MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə gələrək Nərminə xanıma müraciət edib. Həmin vaxt qadının ağız boşluğu yara olub, hətta çay içərkən də çətinlik çəkirmiş. Buna görə də xətəliyi yalnız gözlə baxmaqla müayinə etmək olub. Müayinədən öncə xəstə ilə söhbət zamanı məlum olub ki, pasient 2 ilə yaxın müddətdə xəstəxanaları gəzərək hər dəfə müalicə kursunu müxtəlif həkimlərin fərqli müalicəsi ilə alıb. Nərminə həkim pasientini müalicə edəcəyini deyərək, tapşırıb ki, bu müalicə ardıcıl olaraq davam etməlidir. Yəni 10 gündən sonra başqa həkim yanına qaçmaq olmaz. Çünki hər həkimin öz müalicə üsulu var və bir yanlışlıq öz əkstəsirini göstərə bilər. Xəstə həkimə davamlı müalicə olunacağını deyir. Nərminə xanım kompleks müalicəyə başlayır və üç gündən sonra artıq müalicənin ilkin müsbət təsiri özünü göstərməyə başlayır. Müalicənin 15-ci günü artıq xəstənin ağız yaraları aparılan müalicəyə müsbət reaksiya verib. Həkimin sözlərinə görə, xəstə müalicəni davam etdirsəydi, köklü müalicə öz müsbət effektini verəcəkdi. Amma xəstə Nərminə xanımın müalicəsini yarımçıq qoyaraq, hansısa qohumunun "bu dərmanlar çox pul aparacaq, gəl sənə başqa, ucuz müalicə edən həkim deyim ora get" məsləhətinə önəm verib. Beləcə, bu müalicəni yarımçıq saxlayır. Və bu dəfə bir stomatoloqa üz tutur. Stomatoloq da onu inandırıb ki, bu xəstəlik diş xəstəliyindən yaranıb və üç günə sağaldacaq. Amma xeyli vaxt keçsə də, xəstəlik sağalmır və əskinə, yeni fəsadlar baş qaldırmağa başlayır. Sonralar xəstənin sorağı dəri zöhrəvi dispanserdən gəlir. Burada bir müddət müalicədən sonra həkimin təyin etdiyi daim atmalı olacağı dərmanla evinə qayıdır.

Nərminə xanım deyir ki, qohumların, tanışların məsləhəti ilə gah o, gah da bu həkimlərin müayinəsindən keçən xəstələr təbii olaraq düzgün müalicə oluna bilmirlər.

 


Qayıdaq mövzumuza, yəni pemfiqus xəstəliyinə. Qeyd edək ki, bundan öncə bu xəstəlilə bağlı ailə həkimimiz oxucularımızı Pemfiqus virusu ilə bağlı məlumatlandırmışdı. Bu yazıda isə onu əlavə etdi ki, pemfiqus xəstəliynin tanınması həkimin yüksək peşəkarlığı nəticəsində olur:

 

“Başqa xəstəliklərdən fərqləndirilməsində Tzank sitolojidən, yəni eroziya olan hissəsdən yaxma götürülməsindən istifadə olunur ki, bu da yaxmada akontolitik hüceyrələrin tapılması nəticəsində diaqnozu dəqiqləşdirməyə imkan verir. Bəzən də dəri biopsiyasından istifadə edilir. Bu yöntəm diaqnozun dəqiqləşdirilməsində ən dəqiqi hesab olunur. Nəzərə almaq lazımdır ki, pemfikus ağır dəri xəstəliklərindəndir və autoimmun xəstəliklər siyahısına daxildir. Qeyd etdiyim kimi, dəridə, selikli qişalarda suluqlar əmələ gəlir. Dəri soyulur, lakin bərpa olunmur və müqaviməti azalmağa başlayır. Paralel olaraq orqanizmdə, daxili orqanlarda da müəyyən dəyişikliklər gedir.  Bu xəstəlik əksər hallarda xəstənin ölümünə səbəb olur. İnsan yarımşikəst formada yaşayır. Bu cür xəstələr diaqnoz qoyulduqdan sonra iki-beş il arasında ölürlər”.

 

Həkim qeyd etdi ki, xəstəliyin əmələ gəlmə səbəbi elmə məlum deyil. Hesab edilir ki, xəstəliyin əmələ gəlməsinə virus səbəb olur. Və bu virus dəridəki hüceyrələrin sitoplazmasında müxtəlif ağır patologiyalara səbəb olur. Ən pisi odur ki, pemfikus xəstəliyi əksər hallarda heç bir müalicəyə tabe olmur və xəstənin əmək qabiliyyətinin tamamilə aşağlı düşməsinə səbəb olur.

 

 

Məlumdur ki, bəzən xəstələr uğursuz müalicələrdə, ölüm hallarında həkimləri günahlandırırlar. Nərminə həkim deyir ki, həkimlər kimi xəstələr də öz məsuliyyətlərini dərk etməlidilər. Birinci növbədə isə xəstəliklə bağlı bir neçə həkimin deyil, bir həkimin müalicəsini qəbul etməlidir:

 

“Bu gün cəmiyyətin bəzi fərdləri pozulub. Həmin cəmiyyətin içərisindən çıxan müəllim, həkim, mədəniyyət işçiləri arasında belə normal olmayan insanlar var. Amma azlıq-çoxluq fərqi var. Yəni normal təfəkkürlü, savadlı insan bir başqa insanı niyə incitsin ki? Həkim xəstəni niyə öldürsün axı? Nədir bunda maraq? Əgər xəstə bu həkimin müalicəsini yarımçıq qoyub aidiyyəti olmayan bir başqa həkimin müalicəsinə başlayırsa, bu azmış kimi loğmanın da məsləhət gördüyü müalicəni alırsa, nəticədə təbii ki, sağlığıyla bağlı fəsadlar baş qaldıracaq. Odur ki, bəzən gecikmiş mərhələdə, ağırlaşmış halda həkimə müraciət edən insanlar arasında ölüm halları qaçılmaz olur, bu zaman isə hər kəs həkimi günahlandırır.

Bu gün tibb aləmində böyük inqilab gedir. Qadınların ən çox əziyyət çəkdikləri uşaqlıq yolu xərçənginin 100 faiz müalicəsi üçün vaksin tapılıb. Ürək xəstəliklərində ciddi inqilablar olur. Bunları kim edir, təbii ki, həkimlər, tibb sahəsində çalışan savadlı insanlar. Ona görə də düşünürəm ki, bu, həkimlərə qarşı bir qədər ağır ittiham olur”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova Pemfiqus xəstəliyindən əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...