“Makron ermənipərəst siyasətindən vaz keçsə..."

11:50 01-05-2023 | icon 393 | Geopolitika
“Makron ermənipərəst siyasətindən vaz keçsə..."

Elxan Şahinoğlu: “Paris Azərbaycanla münasibətləri normal məcraya dəyişmək istəyir”

 

“Fransa xarici işlər nazirinin Azərbaycanda verdiyi açıqlamalar göstərir ki, sanki Azərbaycan siyasətini bir qədər korrektə edib normal məcraya qaytarmaq istəyir. Əlbəttə, bu asan olmayacaq.  Çünki həmin nazir Ermənistanda olarkən ermənilərin xoşuna gəlmək üçün açıqlamalar verdi. Hər halda Paris Azərbaycanla münasibətləri normal məcraya dəyişmək istəyir”.

 

Bunu Versus.az-a politoloq Elxan Şahinoğlu Fransa xarici işlər nazirinin bolgəyə səfərinin məqsədi və Azərbaycanda keçirdiyi görüşlərin  Fransanin ölkəmizə qarşı mövqeyini nə dərəcədə deyişməsi ehtimalı ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq bildirib ki, II Qarabağ müharibəsindən sonra Fransa prezidenti Emmanuel Makron birbaşa ermənipərəst mövqedən çıxış edərək, Azərbaycan əleyhinə müxtəlif açıqlamalar verdi və Azərbaycanla münasibətlərə kölgə saldı:

 

“Halbuki, ona qədər  Azərbaycan-Fransa münasibətləri normal idi, Fransa prezidentləri Ermənistana gedəndə Azərbaycana da gəlirdi. Amma Makron iki dəfə Ermənistanda olsa da, Azərbaycana gəlmədi. Fransa  münaqişənin həlli ilə bağlı vasitəçiliyini davam etdirmək istədikdə isə Azərbaycan prezdenti haqlı olaraq dedi ki, belə bir vasitəçini qəbul edə bilmərik”.

 

Fransa xarici işlər nazirinin bu səfərdə Azərbaycanda və Ermənistanda olduğunu qeyd edən E.Şahinoğlu müsbət ehtimallara diqqət çəkib:

 

“Makron ermənipərəst siyasətindən vaz keçsə, keçmişdə olduğu kimi balansı qorumağa çalışsa, Fransa-Azərbaycan siyasi münasibətləri normallaşa bilər. Bu alınmasa Azərbaycana Fransann vasitəçiliyini qəbul etməyəcək. Azərbaycan Ermənistan sülh məsələsində 3 format var. Paris də bu formatda olmaq istəyir. Amma nə qədər ki, Fransa ermənipərəst mövqeyindən əl çəkməyib, Azərbaycan onun vasitəçiliyini qəbul etməyəcək. Eyni zamanda Azərbaycan-Fransa münasibətləri gərgin olsa da, Azərbaycan da  Fransa ilə münasibəətlərini tam qoparmaq istəmir. Çünki Fransa Avropa İttifaqının iki aparıcı dövlətindən biridir. İqtisadi sahədə müxtəlif əməkdaşlıqlarımız var”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...