İtkin adam timsahın mədəsində tapıldı

07:50 04-05-2023 | icon 364 | Maraqlı
İtkin adam timsahın mədəsində tapıldı

Dostları ilə balıq tutarkən yoxa çıxan kişi barədə qorxunc xəbər Avstraliyada gündəmə çevrilib. Belə ki, Kevin Darmodinin cəsədinin qalıqları timsahın mədəsində tapılıb.

 

Məlumata görə, təcrübəli balıqçı Şimali Kvinslenddə timsahların sıx məskunlaşdığı ərazidə itkin düşüb. Hamin ərəfədə onunla birlikdə ərazidə olan dostu hadisə vaxtı qışqırıq və suyadüşmə səsi eşitdiyini bildirib:

 

“Qaça-qaça gəldim, amma ondan əsər-əlamət yox idi. Təkcə sahildə əşyaları qalmışdı”, - deyə balıqçının dostu bildirib.

 

Darmodinin axtarışları iki gün davam edib. Bu müddətdə ərazidə 4,1 və 2,8 metr uzunluğunda iki timsah güllələnib. Darmodinin qalıqları da onlardan birinin mədəsində tapılıb.

 

Bununla belə vəhşi təbiət mütəxəssisləri balıqçının heyvanların ikisi tərəfindən birlikdə öldürüldüyünü düşünürlər.

Darmodinin ölümü 1985-ci ildən bəri qeydə alınan 13-cü hadisədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq