"İdman menecmenti" ixtisaslaşmasının tələbələri Böyük Britaniyada 

15:56 04-05-2023 | icon 374 | Təhsil
"İdman menecmenti" ixtisaslaşmasının tələbələri Böyük Britaniyada 

Magistratura təhsil səviyyəsinin tədrisi ingilis dilində aparılan "İdman menecmenti" ixtisaslaşmasının II tədris ili tələbələri təlim-tədris məqsədilə Böyük Britaniyada səfərdədir. 

 

Bu barədə Versus.az-a Gənclər və İdman NAzirliyindən bildirilib.

 

Verilən məlumata görə, Səfər zamanı müxtəlif idman müəssisələrinə ziyarətləri nəzərdə tutulan tələbələr “Tottenham Hotspur” klubunun ev oyunlarını keçirdiyi eyniadlı stadionda olublar.

 

Tələbələrə idman qurğusunun tikilməsi və tarixi haqqında məlumat verilib və bu mövzu ilə bağlı qısa videoçarx nümayiş etdirilib.

 

Daha sonra tələbələr xüsusi təlimatlandırıcı qurğudan istifadə etməklə stadion ərazisini gəzib, müxtəlif təyinatlı idman otaqları, konfrans zalı, tibb otağı, trenajor zalı və digər bölmələrlə tanış olublar.

 

Magistrantlar həmçinin müasir avadanlıqlarla təchiz olmuş stadionun ot örtüyünün qorunması, səs akustikasının tənzimlənməsi ilə əlaqədar görülən işlərlə bağlı məlumat əldə edərək stadion mütəxəssislərindən onları maraqlandıran suallara cavab alıblar.

 

PƏRİ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122