Pensiyalar yenidən artırıla bilər

13:07 05-05-2023 | icon 492 | İqtisadiyyat
Pensiyalar yenidən artırıla bilər

Azərbaycanda pensiyalar yenidən artırıla bilər. Buna səbəb “Sosial Sığorta haqqında” Qanuna edilən dəyişiklikdir.

 

Yenilik nəticəsində Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitləri investisiyalara yönləndiriləcək.

 

Yəni fondun gəlirləri xərclərindən çox olarsa, əldə qalan sərbəst kapital əlavə gəlir mənbəyinə çevriləcək. Bu, həm pensiyalar, həm də pensiya kapitalının artımına şərait yaradır.

 

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev İTV-yə bildirib ki, bu əməliyyatların qanunauyğunluğuna, şəffaflığına, gəlirliliyinə, maliyyə və əməliyyat risklərinə nəzarət etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İnvestisiya Şurası formalaşdırılır:

 

“Hansı istiqamətlərə investisiya yönləndiriləcəyi, hansı hədəflər müəyyənləşdiriləcəyi, maliyyə və əməliyyat risklərinin nədən ibarətdir olacağı ilə bağlı İnvestisiya Şurası hər il bir dəfə investisiya sənədini təsdiqləyəcək”.

 

Yeniliklərdən əlavə əhalini sevindirəcək təkliflər də mövcuddur. Əhalinin istəyini nəzərə alaraq pensiya kapitalının fərqli istiqamətlərdə istifadəsi nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bildirib ki, səhiyyə xidmətini almaq, kommunal xidməti ödəmək, kredit öhdəlikləri olan vətəndaşların borcunu ödəmək üçün pensiya kapitalının bir hissəsinin bu istiqamətə yönləndirilməsi məqsədəuyğun olardı”.

 

Daha ətraflı İctimai TV-nin süjetində:

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR