İŞİD-in Azərbaycanda da təşkilatlanmağa cəhd göstərən yeni qruplaşmas ifşa edildi

14:28 05-05-2023 | icon 407 | Dünya
İŞİD-in Azərbaycanda da təşkilatlanmağa cəhd göstərən yeni qruplaşmas ifşa edildi

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İŞİD terror qruplaşmasının Azərbaycanda da təşkilatlanmağa cəhd göstərən yeni strukturunu ifşa edib.

 

Məlumata görə, Diyarbakır Respublika Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İŞİD terror təşkilatının fəaliyyətləri deşifrə edilib, terrorçuların tutulması üçün Vilayət Təhlükəsizlik İdarəsi Terrorla Mübarizə Şöbəsi, Kəşfiyyat və Terrorla Mübarizə İdarəsi, həmçinin MİT-in əməkdaşlığı ilə birgə əməliyyat keçirilib.

 

Araşdırma zamanı İŞİD terror təşkilatının Türkiyədə “Ahlak ve Sünnet Dergisi” adı ilə yeni bir təşkilat formalaşdırdığı və bu təşkilatın Gürcüstan, Azərbaycan, İraq, Mali, Sudan, Əlcəzair və Liviyada fəaliyyət göstərdiyi müəyyən edilib.

 

Bildirilir ki, təşkilat üzvləri Türkiyə daxilində baza qazanmaq üçün təbliğat və təşviqat fəaliyyətləri həyata keçiriblər, sonra “Cihad Qrupu”nu yaradıblar. Qruplaşma üzvləri silahlı və hərbi təlimləri Gürcüstanda keçiblər. O da müəyyən edilib ki, hərbi təlim keçən, münaqişə zonalarına göndərilən və aktiv fəaliyyət göstərən terrorçular Suriya və Gürcüstandakı təşkilat üzvlərinə maliyyə dəstəyi veriblər.

 

Əməliyyatda 74 şübhəli saxlanılıb, çoxlu sayda uzunlüləli ov tüfəngi, tapança, patron və təşkilata aid çoxlu sənəd ələ keçirilib.

 

Digər şübhəlilərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq