Rusiya Vaşinqton görüşündən narahatdır
Razi Nurullayev: "Moskva Vaşinqtonda əldə olunan razılaşmaları pozmağa çalışacaq"
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 4 gün ərzində Vaşinqtonda keçirilən görüş xüsusi əhəmiyyətə malikdir. Ona görə ki, müxtəlif bəndlər üzrə müəyyən razılaşmalar əldə edilib və danışıqların davam etdirilməsi qərara alınıb”.
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünün əhəmiyyəti və nəticələri ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, əldə olunan nəticə müəyyən dairələrdə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına ümidi artırıb:
“Mən buna o qədər də ümidli deyiləm və bəlli səbəblərim var. Amma ABŞ tərəfinin 4 gün ərzində çalışaraq bu görüşü təşkil etməsi, məsələyə bu cür can yandırmasını müsbət qarşılayıram. Bu o deməkdir ki, Vaşinqton Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına çalışır və burada xüsusi olaraq ciddi bir maraq güdmür. Eləcə də hər hansı bir tərəf üçün xüsusi bir üstünlük yaratmağa çalışmır, ən azından neytrallığını qoruyur. Çünki ABŞ üçün stabil, demokratik Cənubi Qafqaz vacibdir”.
Deputat bütün bunların qarşısında Rusiyanın Vaşinqton görüşü ilə bağlı narahatlığının göründüyünü önə çəkib. Onun qənaətinə görə, Moskva Vaşinqtonda əldə olunan razılaşmaları, üstünlükləri pozmağa çalışacaq:
“Çünki Moskva bu regionda tərəflər arasında “sülh müqaviləsinin açarının” Rusiyada olduğunu hər zaman sübut etməyə çalışıb. Moskva özündən kənar münaqişəyə müdaxilə edənləri, sülh müqaviləsinin bağlanmaına çalışanları ciddi qısqanclıqla qarşılayıb. Açıq deməliyik ki, bu gün Rusiya Azərbaycana və Ermənistana özünün “bostanı” kimi baxır. Kimsə bu prosesdə vasitəçiliyi ələ alanda düşünür ki, “kimsə onların bostanına” girir. Ermənistandan fərqli olaraq Azərbaycan kiminsə bostanı deyil. Ermənistana nə qədər “daş atırlar” özləri blər. Azərbaycanın aydın hədəfləri var. İndi Moskva yenə də Paşinyanı, xarici işlər nazirini Moskvaaya çağırıb, əldə olunan razılıqlarla bağlı yeni müddüəlar ortaya qoyacaqlar, onların başlarını qarışdıracaqlar. Ermənilər də Vaşinqtonda dediklərini təkzib etməyə başlayacaqlar. Bu hər zaman belə olub - Soçi, Brüssel, Praqa görüşlərində bunu müşahidə etdik”.
R.Nurulayev hesab edir ki, əslində Fransa xaric, dünya bu münaqişənin ədalətli yolla həllində maraqlıdır. Onun sözlərinə görə, burada hansı şərtin olması heç kimi maraqlandırmır, təki iki tərəf dil tapsın:
“ Bu, Ermənistanla Azərbaycan üzərinə atılan missiyadır. Dil tapın, biz nə desəniz ona razıyıq. Moskva isə öz təklifini yeritmək istəyir. Moskva region üçün yaxşını da, pisi də özü müəyyən etmək niyyətini ortaya qoyur. Görünür ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına ən böyük maneələrdən biri də Rusiyadır”.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"