Heydər Əliyev ideyalarının çiçəklənməsindən böyük qürur və fəxrlə danışmağa haqqımız var

09:19 10-05-2023 | icon 478 | Sağlamlıq
Heydər Əliyev ideyalarının çiçəklənməsindən böyük qürur və fəxrlə danışmağa haqqımız var

Onun əvəzsiz davamçısı cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı...

 

 

 

 

NƏRMİNƏ ABBASOVA
/Mayomed Medical Fizioterapiya Mərkəzinin baş həkimi, terapevt/

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ilidir. Və bu il, yəni 2023-cü il “Heydər Əliyev İli”dir....

 

Böyük qayıdışdan sonra Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etməklə demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı. Böyük öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə, onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərib, o dövrün çatışmazlıqlarını açıq deməkdən çəkinməyib. Onun dövlətçilik uğrunda apardığı fəal mübarizə, çoxşaxəli fəaliyyət ölkəmizin bütün sahələrində olduğu kimi, bu konsepsiyanın tərkib hissələrindən olan Azərbaycan səhiyyəsi, o cümlədən tibb elmi və tibb təhsili strukturlarının dinamik inkişafı və gələcək yüksəlişində də öz parlaq əksini tapdı.

 

Ulu öndər bütün sahələrdə olduğu kimi, Azərbaycan səhiyyəsini, tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırdı. Bununla da dahi rəhbər respublika səhiyyəsində mövcud olan durğunluğun aradan qaldırılmasına səy göstərirdi və buna müvəffəqiyyətlə nail olurdu. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev ölkə səhiyyəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasda tanınmasına, dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı.

 

Tibb sahəsində beynəlxalq səviyyəli mütəxəssis məktəbləri yaratmaq o qədər də asan məsələ deyil. Belə məktəblər bir ilin, beş ilin ərzində yarana bilməz. Əgər Azərbaycanda səhiyyə, tibb elmi, tibb təhsili sahələrində bu cür fundamental məktəblər yaranıbsa, demək, Heydər Əliyev ideyalarının çiçəklənməsi barədə həm indi, həm də gələcəkdə böyük qürur və fəxrlə danışmağa haqqımız var.

Bu gün Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur tibb müəssisələrində müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Həkim və alimlərimizin xaricə göndərilməsi həm də müxtəlif ölkələrdə yaşayan və fəaliyyət göstərən dünya azərbaycanlılarının maddi və mənəvi dayağının artmasına, Azərbaycan diasporunun möhkəmlənməsinə zəmin yaradır.

 

Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin bütün ağırlığını öz çiyinləri üzərinə götürərək onu inkişaf etdirən və gələcək perspektivlərini müəyyənləşdirən dahi Heydər Əliyev dəst-xətti, qüdrəti öz möhtəşəmliyi ilə daim seçilir və bənzərsizliyi ilə fərqlənir. Ona görə də müasir Azərbaycan Respublikasının memarı olan Heydər Əliyevin ideyaları ölkənin tibb elmi və tibb təhsili sisteminin, Azərbaycan səhiyyəsinin də sarsılmaz dayağı, ilhamverici qüvvəsidir. Ulu öndərin dünyəvi ideyalarına söykənən siyasət əbədidir, həmişəyaşardır. Ümummilli liderin Azərbaycan səhiyyəsinin, eləcə də tibb elmi və tibb təhsili sisteminin dayanıqlı və sabit inkişafının təminatına işıq salan ideyaları daim yaşayacaqdır.

 

İndi tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin və onun əvəzsiz davamçısı Prezident İlham Əliyevin göstərdikləri diqqət və qayğı sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili, eləcə də səhiyyənin bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz peşəkarlıq məktəblərini yarada biliblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq