Dövlətdən ödənişsiz dərman alanların NƏZƏRİNƏ

18:56 10-05-2023 | icon 353 | Sağlamlıq
Dövlətdən ödənişsiz dərman alanların NƏZƏRİNƏ

Azərbaycanda dövlət bəzi xəstəliklərin daşıyıcısı olan vətəndaşları ödənişsiz dərman preparatları ilə təmin edir. Bununla bağlı vətəndaşların bir sıra iddialarını da araşdırmışdıq. Vətəndaşlar dərman preparatlarını əldə etməkdə çətinlik çəkdiklərini iddia edirdilər.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-a bildirilib ki, səhiyyə sahəsində müəyyən xəstəliklərin müalicəsi üzrə bir neçə dövlət proqramları icra olunmaqdadır və hazırda onların icrası TƏBİB-in tabeliyində olan bir sıra dövlət ambulator və stasionar tibb müəssisələrində həyata keçirilir.

 

TƏBİB-dən bildirilib ki, dövlət tərəfindən verilən dərmanları pulsuz almaq istəyənlər adiyyəti qurumlara müraciət etməlidirlər.

 

Bəs kimlər pulsuz dərman almaq hüququna malikdirlər? Bununla bağlı TƏBİB-dən qeyd olunub ki, pulsuz dərman preparatları əlilliyi olan şəxslərə, Çernobıl atom elektrik stansiyasında qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqlara və ya 18 yaşınadək yeniyetmələrə, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlara, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış, müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocalara, uşaqlara, əlillərə, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşlara verilir.

 

Həmçinin 10 dövlət proqramı üzrə müəyyən qrup xəstələrin pulsuz dərmanlarla təmin olunmaları üçün dövlət büdcəsindən vəsait ayrılır.

 

Bunlara “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”, “Şəkərli diabet üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında HİV/QİÇS-in qarşısının alınması və onunla mübarizə”, “Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi qaydası” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları”, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” daxildir”.

 

TƏBİB-dən həmçinin qeyd edilib ki, dərman vasitələrinin verilmə müddətinə heç bir məhdudiyyət qoyulmayıb. Ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan şəxslər zəruri sənədləri təqdim etdikdə hər ay dərman vasitələri ilə təmin edilirlər:

 

“Ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan şəxslər və ya onların qanuni nümayəndəsi tibb müəssisələrinə müraciət edib, bu hüquqları təsdiq edilən əsas sənədləri (əlillik, sağlamlıq imkanlarının məhdudluğu və ya köçkün statusu haqqında vəsiqəsi, xəstəlik haqqında arayış və s.) təqdim etməlidirlər. Dərman preparatları ilə təmin olunma dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə həyata keçirilir.

Pulsuz dərman reseptləri yazmaq hüququ olan dövlət müalicə-profilaktika müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bir ödənişsiz reseptdə yalnız bir dərman preparatı yazılır”.

 

Allergiya əleyhinə, ürək-damar sistemi, beyin və periferik qan dövranı, antiaqreqant, antikoaqulyant, sidikqovucu, həzm sisteminə, sinir-əzələ sisteminə təsir edən və s. dərmanların siyahısı ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq