Braziliya prezidenti Ukrayna ilə bağlı təklif verəcək

07:11 11-05-2023 | icon 320 | Dünya
Braziliya prezidenti Ukrayna ilə bağlı təklif verəcək

“Qeyri-mümkün olduğunu düşünsəydim, öhdəmə götürməzdim”

 

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva növbəti dəfə Ukrayna və Rusiya arasında sülh danışıqlarında vasitəçilik etmək istədiyini açıqlayıb.

 

O, Yaponiyada keçiriləcək G7 sammitində bu məsələni müzakirə etmək niyyətindədir.

 

Braziliya lideri Niderlandın baş naziri ilə görüşü zamanı deyib ki, Ukraynada sülh danışıqlar yolu ilə əldə edilə bilər. Onun fikrincə, Braziliya “qızıl orta”nı tapmağa kömək edə bilər.

 

Ukrayna faktiki olaraq ərazisinin işğalı ilə barışa bilmir və müqavimət göstərməlidir. Avropa İttifaqı öz qərarında haqlıdır (Ukraynaya dəstək vermək barədə - red.). Braziliya və digər ölkələr isə “qızıl orta”nın tapılması istəyində haqlıdırlar. Məncə, bu mümkündür. Əgər mən bunun qeyri-mümkün olduğunu düşünsəydim, öhdəmə götürməzdim”, - deyə Lula da Silva qeyd edib.

 

O bildirib ki, artıq Çin, Böyük Britaniya və Niderland liderləri ilə Ukrayna müharibəsinin nizamlanması üzrə müzakirələr aparıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq