"İndi sülh daha çox Ermənistana lazımdır"

17:21 11-05-2023 | icon 381 | Siyasət
"İndi sülh daha çox Ermənistana lazımdır"

Ədalət Verdiyev: "Əgər Ermənistana sülh lazım deyilsə, Azərbaycana heç lazım deyil"

 

“Ermənistanın hərbi təxribatları bir daha onu göstərir ki, sülh barədə verdiyi bəyanatların heç bir əsası yoxdur. Ermənistan heç bir zaman sülh danışıqlarında səmimi olmayıb və indi də belə bir niyyəti yoxdur”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev Ermənistanın minaaatanlarla Azərbaycan sərhədlərini pozması, nəticədə şəhid və yaralılarımızın olması ilə bağlı açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Ermənistanın danışıqlar öncəsi genişmiqyaslı təxribatlara əl atması ənənəsi var və belə təxribatların qarşısının alınması üçün Azərbaycan kifayət qədər ciddi tədbirlər görəcək.

 

Hərbi ekspert hesab edir ki, Azərbaycanın adekvat tədbirlər çərçivəsində öz tarixi torpaqlarında bufer zona yaratması artıq kifayət qədər aktualdır:

 

“Errmənistanın hərbi təxribatları sülh danışıqlarını tamamilə şübhə altına alır. Azərbaycan ordusunun hərbi qulluqçusu öz tarixi torpağından açılan atəşlə öz suveren ərazilərində xəsarət alıb, şəhid olursa, belə bir vəziyyətdə hansısa sülh danışıqlarından söhbət gedə bilməz. Əgər Ermənistana sülh lazım deyilsə, Azərbaycana heç lazım deyil. Bizim üçün sülh danışıqları Azərbaycan torpaqlarının 30 il işğalda qalan müddətində lazım idi. İndi sülh daha çox Ermənistana lazımdır. Elə etmək lazımdır ki, sülh danışıqları üçün çabalasınlar”

 

O ki qaldı Azərbaycan ərazilərinin İran dronlarından istifadə edilərək atəşə tutulmasına, ekspert bildirib ki, belə məlumatlar olsa da, hələ ki, əldə həmin faktları təsdiqləyən foto və videomateriallar yoxdur.

 

“Amma hər bir halda İranın belə dronları Ermənistana verdiyi istisna edilmir”-deyə, ekspert əlavə edib. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR