Qızarmış balıqdan insult təhlükəsi

23:12 12-05-2023 | icon 370 | Sağlamlıq
Qızarmış balıqdan insult təhlükəsi

Balıq yemək sağlamlıq üçün faydalıdır. Amma həkimlər qızardılmış balıqların insult yarada biləcəyini açıqlayıb.

 
 
Alabama Universitetində doktor Corc Hovardın rəhbərlik etdiyi bir qrup tədqiqatçı qızardılmış balıq yeməyin insult yarada biləcəyini sübut edən araşdırma aparıb.
 
 
Xüsusilə, Alabama əhalisinin insultdan daha çox əziyyət çəkməsinin səbəbi bu ştatın məşhur yeməyinin qızardılmış yerli balıq olmasıdır.
 
 
Alimlər qeyd edirlər ki, Alabama və digər qonşu ştatlarda bu ağır xəstəliyin tezliyi digər ştatların əhalisi ilə müqayisədə 30% yüksəkdir.
 
 
Amerika Ürək Dərnəyi həftədə iki dəfə qızardılmamış balıq yeməyi tövsiyə edir, lakin Alabama, Arkanzas, Corciya, Luiziana, Missisipi, Şimali Karolina, Cənubi Karolina və Tennessi sakinlərinin bu tövsiyələrə əməl etmə ehtimalı 17% azdır. Onlar həftədə 4 dəfə balıq yeyir.
 
 
"Tədqiqatımız göstərdi ki, insult keçirən insanlar və xüsusən də afro-amerikalılar digər bölgələrindən gələn vətəndaşlarla müqayisədə daha çox qızardılmış balıq yeyirlər. Bu, qızardılmış balıqların insult riskini artıra biləcəyini deməyə əsas verir. Lakin qəti bir açıqlama vermək üçün daha çox araşdırmaya ehtiyac var” – deyə Harvard Universitetini professoru bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq