Uşaq ayaq barmaqları üzərində gəzirsə...

23:00 15-05-2023 | icon 415 | Sağlamlıq
Uşaq ayaq barmaqları üzərində gəzirsə...

Ayaq barmaqları ucunda yerimək uşaqda heç də düşünüldüyü kimi zehni geriliyin əlaməti deyil.

 
 
Gəzərkən dabanına deyil, ayağının barmağına basan körpələrin valideynləri qorxmamalıdır. Bu xüsusiyyət tam inkişaf edən uşaqlarda da müşahidə oluna bilər.
 
 
Son vaxtlara qədər qəbul edilirdi ki, ayaq barmaqlarında yerimək neyropsixiatrik xəstəliklər, əzələ distrofiyası və ya serebral iflic əlamətlərindən biridir. Lakin Qərb ekspertlərinin bu məsələyə münasibəti fərqlidir.
 
 
Bir qrup isveçli tədqiqatçı 5,5 yaşlı 1400-dən çox uşağın müntəzəm tibbi müayinəsindən əldə edilən məlumatları təhlil edib.
 
 
Onlar müəyyən ediblər ki, körpələrin demək olar ki, 5%-i həyatın ilk illərində ayaq barmaqları üzərində yeriyir. Onların əksəriyyəti bu vərdişi ilk yeriməyi öyrənəndə qazanıb.
 
 
Digərləri üçün bu xüsusiyyətmüstəqil hərəkət etməyə başladıqdan sonra özünü göstərir. Ancaq 2 yaşına qədər bu körpələr artıq normal hərəkət ediblər.
 
 
Uşaqlar 5,5 yaşına çatdıqda, yalnız 2% barmaqları üzərində gəzməyə davam edib. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq