72 yaşında gözəllik bloqeri oldu
Çində yaşlı kişi xəstə nəvəsini sağaltmaq üçün gözəllik bloqeri olub.
72 yaşlı Çju Yunçan dodaq boyasından tutmuş tuşa qədər müxtəlif kosmetik məhsulları nəzərdən keçirir, müxtəlif brendləri reklam edir.
Məlumata görə, o, bu işinə təxminən altı il əvvəl, nəvəsinə nadir diaqnoz - onurğa əzələlərinin atrofiyası qoyulanda başlayıb. Həkimlərin sözlərinə görə, nəvəsinə kömək edəcək yeganə dərmanın qiyməti təxminən 100 min dollar olub. Uşağın valideynləri evi satıb, bacardıqları qədər borc götürüblər, amma yenə də çatmayıb. Bu səbəbdən Çju pul qazanmağın alternativ yollarını axtarmağa başlayıb.
Onun sözlərinə görə, əvvəllər kosmetika istehsalçıları ilə əlaqə saxlayıb pulsuz nümunələr istəyib, ancaq şirkətlər onun 70 yaşında bir kişi olduğunu biləndə xahişini rədd ediblər.
Bu, Çjunu fikrindən döndərməyib - o, kosmetika mağazalarına gedib, işçilərdən ona məhsullar və istifadə qaydaları barədə danışmağı xahiş edib, beləliklə də bloqerliyə başlayıb.
Kişi canlı yayıma başladıqdan sonra internetdə onun populyarlığı sürətlə artıb.
“Əgər nəvəm adi uşaq kimi yeriyə bilsə, gözlərimi əbədi yumanda özümü rahat hiss edəcəyəm”, - deyə bloqer bildirir.
Baba, kosmetik prosedurlardan çox şey başa düşməsə də, təslim olmadığını və səhvlərindən dərs aldığını bildirib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"