Ermənistanın Brüssel cəhdləri və reallıq...
“Brüssel danışıqları öncəsi Kəlbəcər - Basarkeçər şərti sərhəddində törədilən təxribatlar məlum görüşü əngəlləyə bilmədi. Ermənistan nəzərdə tutduğu kimi görüşün gündəliyini dəyişdirə bilmədi”.
Versus.az xəbər verir ki, bunu deputat Sahib Alıyev mayın 14-də Avropa İttifaqı prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Brüssel görüşü, danışıqların nəhayət Ermənistanın sülhə gətirilməsi istiqamətində hansı üstünlükləri ilə diqqət çəkməsi ilə bağlı bildirib.
S.Alıyev qeyd edib ki, Kəlbəcər-Basarkeçər şərti sərhəddində baş verən təxribatlarn mahiyyətini dərk etmək üçün Brüssel görüşünün kimin tələbi ilə keçirildiyi və onun gündəliyinin nədən ibarət olduğu əsas götürülməlidir. Deputat Brüssel görüşünün üçlü formatda keçirilməsinin məhz Azərbaycanın təşəbbüsü ilə baş tutduunu xüsusilə vurğulayıb.
“Fransa görüşdə Makronun Paşinyana yandaşlıq etməsini istəsə də, alınmadı. Hansı ki, ötən ilin dekabr ayında da belə bir görüş planlaşdırılırdı və Azərbaycan o zaman da Makronun həmin görüşə qatılmasını qətiyyətlə rədd etdi. Nəticədə, Paşinyan Makronun ona yandaşlıq etməyəcəyini bəhanə gətirərərək, həmin görüşə getmədi və bəyan etdilər ki, Fransa prezidenti Avropa İttifaqı formatında keçirilən görüşlərə qatılmadığı təqdirdə Paşinyan da danışıqlara getməyəcək. Amma göründüyü kimi Paşinyan bu görüşə getdi”.
S.Alıyev Ermənistanın Brüssel danışıqlarında üzərində dayanmaq istədiyi məsələlərin də suya düşdüyünü önə çəkib. Onun sözlərinə görə, Ermənistan iki əsas məsələnin danışıqların predmetinə çevirmək üçün cəhdlər edib.
“Birincisi, Azərbaycanın Laçın yolunun başlanğıcındakı sərhəd buraxılış məntəqəsinin ləğvinin Avropa ittifaqı tərəfindən dəstəklənməsi, tərəflərin şərti sərhədlərdəki mövqelərini geri çəkməsi idi. Lakin Şarl Mişelin açıqlamalarından da göründüyü kimi onların bu istəyi də baş tutmadı. Görüşün gündəliyi Azərbaycanın təklif etdiyi formatdadır və Azərbaycanın torpaq bütövlüyü rəqəmlər göstərilməklə dəstəklənib. İkincisi, görüşdə hər hansı “Artsax xalqı"ndan söbət getmir, Qarabağdakı hayların hüquq və təhlükəsizlik məsələləri öz əksini tapıb. Hansı ki, Azərbaycan ilk gündən buna hazır olduğunu bəyan edib. Laçın yolunun başlanğıcındakı nəzarət-buraxılış məntəqəsi haqqında bir kəlmə belə yoxdur. Gündəlikdə yolunu azaraq itkin düşmüş və ermənilər tərəfindən tutularaq həbsdə saxlanılan 2 azərbaycanlının qaytarılması məsələsi var. Eləcə də, orada minalanmış ərazilərlə bağlı Azərbaycanın təşəbbüsü öz əksini tapıb. Birinci Qarabağ savaşında itkin düşənlərin taleyi məsələsi də yekun açqlamada qeyd edilir”.
Deputat qeyd edib ki, danışıqların bu gündəliyi nə Ermənistanı, nə də Ermənistandan geosiyasi alət kimi faydalananları qane etmir. O, məhz buna görə də Brüssel danışıqlarının ardınca sərhəddə baş verən erməni təxribatlarını təadüfi saymayıb. S.Alıyev hesab edir ki, Ermənistan bu təxribatları təkbaşına törətmir.
“Brüssel danışıqları da ortaya çıxartdı ki, sahədə pilotsuz uçuş aparatlarının idarə edilməsində fransalı təlimatçılar olub. TəkcəFransa deyil, Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığı həzm etmək istəməyən, Qarabağda mövcudluqlarını hərbi gərginliyin yaranmasında görən digər dövlətlər də Brüssel danışıqlarının bu cür gedişindən narazıdırlar. Onlar öz təsirləri altında olan hayları bu cür təxribatlara həvəsləndirilər. Amma Brüssel danışıqları öncəsi baş verən təxribatların qarşısı necə qətiyyətlə, düşmənə böyük itki verdirərək alındısa, əminəm ki, qarşı tərəf yenə də eyni reallıqla üzləşəcək”.(hafta.az)
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"