Türkiyədəki Prezident seçkiləri nəyi diqtə etdi?

21:14 16-05-2023 | icon 347 | Siyasət
Türkiyədəki Prezident seçkiləri nəyi diqtə etdi?

Hafiz Hacıyev: “Türkiyədə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycanla münasibətlər dəyişməyəcək”

 

“Türkiyədə seçkilərin ikinci turu mayın 28-də keçiriləcək. Düşünürəm ki, Türkiyə xalqı demokratik cəmiyyətdə yaşamağı daha çox üstün tutur. Bu seçkilərin nəticələri, aparılan təşviqat-təbliğat məsələləri də göstərdi ki, Türk xalqı ayaqdadır”.



Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. 



Partiya sədri bildirib ki, Rəcəb Tayyib Ərdoğan işğal altında olan torpaqlarımızın azad edilməsində daim Azərbaycan Respublikasının Ali Baş Komandanı ilə bir yerdə olub və bu məsələlərdə köməklik edib:


 
“Türkiyədə kimlərin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycanla yaxşı münasibətlər dəyişməyəcək. Çünki biz eyni millətik. Türk xalqı yerindədir! Türkiyə-Azərbaycan münasibətləri hər zaman inkişaf edəcək. Kılıçdaroğlunun və ya Ərdoğanın olmasının bizim üçün heç bir ziyanı yoxdur. Biz türk xalqının, millətinin seçiminə hörmətlə yanaşmalıyıq. Türkiyədə olan demokratik seçkilər bizə bir daha ruh verdi ki, bizim qardaşlarımız artıq tam demokratik cəmiyyətin qurulmasında demokratiyanın yanındadılar. Biz gördük ki, bu seçkilərdə xəstə olan insanlar belə seçim hüququndan istifadə etdilər və səslərini verdilər. Mən bir daha əmin oldum ki, Türkiyə xalqı demokratiya uğrunda mücadilə aparır, demokratiyanı hər şeydən üstün tutur". /Demokrat.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR