Rekord qırdı
53 yaşında dünyanın ən hündür zirvəsinə 27-ci dəfə çıxdı
Tanınmış nepallı alpinist Kami Rita dünyanın ən yüksək zirvəsi Everestə (8848) 27-ci dəfə qalxaraq dünya rekordunu qırıb.
Məlumata görə, o, ilk dəfə 1994-cü ildə Everesti fəth edib. 53 yaşlı alpinist o vaxtdan bəri daha 26 dəfə dağa çıxıb.
O, həmçinin 8000 m-dən yuxarı zirvələrə ən çox qalxma rekorduna sahibdir.
K.Rita səkkiz dəfə Ço Oyu dağına (8201 m), 3 dəfə Manasluya (8163 m), həmçinin hər biri bir dəfə K2 (Çoqori, 8614 m) və Lhotseyə (8516 m) çıxıb.
Xəbər lenti
"Deputatlar bu barədə səhv fikirdədirlər"
"Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"