Ərdoğanın Osmanlı silləsi 6 masanı dağıttı

11:25 18-05-2023 | icon 741 | Geopolitika
Ərdoğanın Osmanlı silləsi 6 masanı dağıttı

Öncə Kılıçdaroğlunun, indi isə Akşenerin müəvini...

 

14 mayda Türkiyədə keçirilən prezident və parlament seçkiləri yekunlaşdı. Türkiyənin yeni prezidenti ilk turda müəyyən edilmədiyi üçün mübarizə 28 may tarixinə – ikinci tura qaldı.

 

Düzdür, namizədlər arasında səs fərqi çox olmasa da (“Cümhur İttifaqı” 49,4%,“Millət İttifaqı” 44,9%), Millət İttifaqı və Kılıçdaroğlunun ilk turda gücünü tükətdiyini demək olar. “Millət İttifaqı”nı təşkil edən 6 müxalif partiya Kılıçdaroğlunun nəticəsindən razı deyil. Partiyaların nəticədən narazı qalması “Millət İttifaqı”nın siyasi xəzan dövrünə qədəm qoyması ilə nəticələnə bilər.

 

Siyasi xəzanın ilk mərhələsi CHP və İYİ Partiyasında müşahidə olunur. Belə ki, İYİ Partiyasının iqtisadi siyasət məsələləri üzrə sədr müavini Özcan Kadıoğlu və CHP-nin İnformasiya və Kommunikasiya Texnologiyaları məsələləri üzrə sədr müavini Onursal Adıgözəl vəzifəsindən istefa verib. Özcan Kadıoğlu və Onursal Adıgözəlin istefa səbəbləri fərqli olsa da, seçkinin birinci turundan sonra istefa vermələri diqqət çəkir. Bənzər istefaların seçkinin ikinci turuna qədər və sonrakı dövrdə də davam etməsi mümkündür. “Millət İttifaqı” ikinci tura qədər bu qədər ciddi şəxsləri itirməsi Kılıçdaroğlunun şanslarına və prestijinə ciddi təsir edə bilər. Kılıçdaoğlunun və “Millət İttifaqı”nın ikinci tura qədər güc itirməsi fonunda Ərdoğan Sinan Oğanın dəstəyini almağı bacarsa, aradakı səs fərqi artacaq və Ərdoğan ikinci turda qələbə qazanacaq. Digər tərəfdən, İYİ Partiyadan ayrılan şəxslərin dəstəkçilərinin böyük bir qismi yenə millətçi Sinan Oğanın Zəfər Partiyasına üz tutacaq.

 

Turan Rzayev
/Politoloq/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...