Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanıldılar

11:50 18-05-2023 | icon 374 | Hadisə
Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanıldılar

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və oğurluq cinayətləri törətməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər rayon sakini - əvvəllər məhkum olunmuş Elçin Məmmədov, İlham Abdullayev və Malik İsgəndərov saxlanılıblar. Sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilərkən heroin və metamfetamin aşkar edilərək götürülüb.

 

Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni İran vətəndaşından onlayn yolla aldıqları müəyyən edilib. Tanışlar birlikdə Malik İsgəndərova məxsus avtomobillə Bakı şəhərinə gedərək onlara əvvəlcədən göndərilən ərazidən narkotik vasitəni və psixotrop maddəni götürüb geri qayıdarkən Göyçayda polis əməkdaşları tərəfindən saxlanılıblar.

 

Şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində isə üzərində narkotik daşımaqda şübhəli bilinən Natiq Abdullayev və əvvəllər də analoji əməllərinə görə məhkum olunmuş Bəhruz Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı N.Abdullayevdən heroin, B.Məmmədovdan isə marixuana və yaşadığı evin həyətyanı sahəsindəki istixanadan çətənə kolu aşkarlanıb.

 

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının  keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Yalman kəndində yerləşən firmadan dəyəri 30 min manat olan qurğunu oğurlayan keçmiş məhkum Kənan Şəfizadə və fərdi yaşayış evindən məişət əşyaları oğurlayan Anar İsmayılov saxlanılıblar.

 

Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM