Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclas

12:32 18-05-2023 | icon 288 | Siyasət
Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclas

Mayın 17-də Azərbaycan parlamentinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak etmiş xarici ölkələrin parlament nümayəndə heyətləri ilə Milli Məclisdə görüşlər keçirilib.

 

Bu barədə Versus.az-a Milli Məclisdən bildirilib.

 

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Macarıstan Milli Assambleyasının nümayəndə heyəti ilə görüşündə qonaqları salamlayaraq, Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən xüsusi iclasında iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.

 

Milli Məclisin Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli Macarıstan Milli Assambleyası sədrinin müavini Şandor Lejakın başçılıq etdiyi nümayəndə heyətinə Ulu Öndərin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi, respublikamızın tərəqqisinin təmin olunması kimi istiqamətlərdə gördüyü misilsiz işlərdən bəhs edib.

 

Şandor Lejak Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən parlamentin xüsusi iclasında iştirak etməkdən məmnunluğunu bildirib, göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib.

 

Görüşdə Milli Məclisin Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nəsib Məhəməliyev, Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər iştirak ediblər.

 

***

 

Sonra Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Venesuela parlament nümayəndə heyəti ilə görüşdə onların Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən xüsusi iclasında iştirakını yüksək qiymətləndirib.

 

Müasir dövrdə müstəqilliyin və suverenliyin qorunmasının çətinliklərindən söz açan birinci vitse-spiker milli dövlətçiliyə qarşı təhdidlərdə xalqın və dövlətin birliyinin əhəmiyyətini qeyd edib. Bu baxımdan xalqımızın müdrikliyini vurğulayan Əli Hüseynli  Azərbaycanın məhz Heydər Əliyev ideyalarına və siyasətinə sadiq qalaraq inkişafının və qüdrətinin indiki yüksək səviyyəsinə çatdığını bildirib.

 

Venesuela parlamentinin İnzibati və xidmətlər daimi komissiyasının sədri Pedro Karreno Milli Məclisin Heydər Əliyevin 100 illiyinə həsr edilən xüsusi iclasında iştirak etməkdən şərəf duyduqlarını deyib və bu tədbirə dəvətə görə təşəkkürünü bildirib.

 

Qonaq Venesuelanın Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olmasından danışaraq əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

 

***

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Venesuela heyəti ilə görüşdə Ulu Öndərin siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə ölkəmizin daha da qüvvətlənməsindən və inkişaf etməsindən danışıb. Tahir Mirkişili iqtisadi sahədə əməkdaşlığa toxunub, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdən danışıb.

 

Venesuela parlamentinin İnzibati və xidmətlər daimi komissiyasının sədri Pedro Karreno və nümayəndə heyətinin üzvləri dövlətlərimiz arasında münasibətlərin gələcək inkişafı üçün qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

 

***

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Venesuela heyəti ilə görüşdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki və dövlətçiliyinin möhkəmləndirilməsindəki  misilsiz xidmətlərindən bəhs edib.

 

Səməd Seyidov  ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etməsindən söz açaraq, ölkələrimizin xalqlarımızın mənafeyinə uyğun müstəqil siyasət aparması, Qoşulmama Hərəkatının beynəlxalq aləmdə getdikcə artan rolu, bu hərəkat çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri barədə fikirlərini bölüşüb.

 

Venesueladan olan deputatlar Pedro Karreno və Xesus Faria Ulu Öndərin yubileyinə həsr olunmuş xüsusi iclasın yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə təşəkkür ediblər, bu gün keçirilən ikitərəfli görüşlərin hər iki parlament arasında dostluq və əməkdaşlıq imkanlarının daha da yaxşılaşdırılmasına xidmət edəcəyinə inamlarını bildiriblər.

 

***

 

Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Venesuela nümayəndə heyəti ilə görüşündə qonaqları salamlayan qrupun rəhbəri Tamam Cəfərova öz növbəsində Milli Məclisin Ulu Öndərin yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakına və nümayəndə heyətinin rəhbəri Pedro Karrenonun gözəl nitqinə görə təşəkkür edib. Tamam Cəfərova Ümummilli Liderin müstəqilliyimizin qorunması və inkişaf etdirilməsi sahəsində gördüyü işlərdən danışıb. O, Azərbaycan və Venesuela  arasında müxtəlif platformalarda, xüsusən də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, parlamentlərarası dostluq qrupları çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 

Milli Məclisin Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sadiq Qurbanov, Etibar Əliyev, Müşfiq Məmmədli, İltizam Yusifov, Rauf Əliyev ölkələrimiz arasında həm parlamentlər səviyyəsində, həm də digər istiqamətlərdə  əməkdaşlığı genişləndirmək barədə fikirlərini səsləndiriblər.

 

Venesuela parlamentinin İnzibati və xidmətlər daimi komissiyasının sədri Pedro Karreno və  İqtisadi və maliyyə daimi komissiyasının sədri Xesus Faria səfərə dəvətə görə təşəkkür ediblər. Onlar dövlət başçılarımızın siyasi iradələri ilə inkişaf edən dövlətlərarası və  parlamentlərarası əlaqələrin xalqlarımızın və dövlətlərimizin maraqlarına uyğun olduğunu vurğulayıblar.

 

Görüşdə deputatlar Arzu Nağıyev, Naqif Həmzəyev, Pərvin Kərimzadə, Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri Kristofer Martinez Berroteran və digər rəsmi şəxslər iştirak ediblər.

 

***

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov senator Marko Skurrianın başçılıq etdiyi İtaliya parlament nümayəndə heyəti ilə görüşdə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin adı həyatını xalqının yolunda fədakar xidmətə həsr etmiş dahi şəxsiyyət kimi Azərbaycan tarixinə əbədi həkk olunub.

 

Səməd Seyidov qeyd edib ki, Avropa İttifaqının önəmli dövləti olan İtaliya ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və İtaliya arasında əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin maraqlarına cavab verdiyini diqqətə çatdıran Səməd Seyidov bu baxımdan parlamentlərarası əlaqələrin, parlament dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

 

İtaliya Senatının Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Marko Skurria Ulu Öndərin yubiley tədbirlərində iştirak etməkdən məmnunluqlarını dilə gətirib, yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkür edib. Senator ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişaf etməsindən danışıb, deputatlarımızın beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlığını vurğulayıb.

 

Sonra görüş parlamentlərarası əlaqələrin perspektivləri, həmçinin tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam etdirilib.

 

Görüşdə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, İtaliya Senatının senatoru Culiomaria Terzi, Deputatlar Palatasının deputatı Ettore Rozato və digər rəsmi şəxslər iştirak ediblər.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR