Türkiyənin avrokuboklarda komanda sayı artdı

10:09 19-05-2023 | icon 375 | İdman
Türkiyənin avrokuboklarda komanda sayı artdı

Türkiyə 2024/25 mövsümündə avrokuboklarda beş komanda ilə təmsil olunacaq.

 

Versus.Az xəbər verir ki, qonşu ölkə sözügedən mövsümdə UEFA-nın klub reytinqində 12-ci pillədə yer alacağından bu hüququ əldə edib.

 

Bu, dünən gecə “Bazel”in Konfrans Liqasının yarımfinalında “Fiorentina”ya uduzmasından (1:3) sonra bəlli olub. Onların mübarizəni dayandırması səbəbindən İsveçrənin reytinqdə Türkiyəni keçə bilməyəcəyi dəqiqləşib.

 

Bu isə o deməkdir ki, 2024/25 mövsümündə Türkiyə qitəmiqyaslı yarışlarda ikisi Çempionlar Liqasında (ÇL) olmaqla beş komanda ilə təmsil olunacaq. Çempion ÇL-in pley-off, gümüş medalçı 2-ci təsnifat mərhələsindən start verəcək. Super Liqada 3-cü yeri tutacaq komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsindən, ölkə kubokunun sahibi turnirin pley-offundan mübarizəyə başlayacaq. Çempionatda 4-cü yeri tutacaq komanda isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində çıxış etmək hüququ qazanacaq.

 

Qeyd edək ki, 2023/24 mövsümündə Türkiyə hazırda olduğu kimi avrokuboklara 4 komanda ilə qatılacaq. Yalnız Super Liqanın qalibi ÇL-də yarışacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu, riyakarlığın və ikiüzlülüyün son həddidir"

Bakı metrosu ilə bağlı PİS XƏBƏR

Rusiyalı alimdən maraqlı AÇIQLAMA

Bu gün Beynəlxalq MÜƏLLİMLƏR GÜNÜdür

Peraki satılan yerdə İYRƏNC MƏNZƏRƏ

Taksilərlə bağlı YENİLİK

İstanbulda dəhşətli CİNAYƏT

Zəngilanda yeni yaşayış KOMPLEKSİ

"Müəllimlərin cəmiyyətin inkişafında rolu əvəzsizdir"

Türkiyədə bir İLK

Bakı Təşəbbüs Qrupundan BƏYANAT

Vaşinqtonun "məsələnin mənsiz həlli yoxdur" iddiası

Xızıda avtomobil AŞDI

Zakir Həsənov əmr İMZALADI

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...