Ermənistanın iç üzünü göstərən faktlar...

14:11 12-05-2023 | icon 143 | Siyasət
Ermənistanın iç üzünü göstərən faktlar...

 

 

 

Ermənistan növbəti dəfə öz imzasına hörmət etməyərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.  Sülhə və inkşafa təhdid dövlət olan Ermənistan təxribatlara əl atmaqla regionda gərginliyin yaranmasına çalışır. Son günlər ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribatlar nəticəsində Azərbaycan Ordusunun  2 hərbi qulluqçusu şəhid olmuşdur. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

 

Bunu Versus.az-a deputat Sədaqət Vəliyeva Ermənistanın Brüssel görüşü ərəfəsində  davam edən hərbi təxribatları ilə bağlı açıqlamasında  bildirib.

 

Deputat bildirib ki, törədilmiş təxribatlar rəsmi İrəvanın iç üzünü, terror xislətini ortaya qoyur və eyni zamanda bütün bunlar  Ermənistanın İkinci Qarabağ Müharibəsindəki acı məğlubiyyətindən irəli gəlir.

 

 

“Bu gün Ermənistan dünya miqyasında terroru dövlət səviyyəsində dəstəkləyən, heç bir nüfuzu və gücü olmayan, etibarsız dövlət kimi tanınır. Əlbəttə bütün bunların əsas səbəbkarı Ermənistanda həyata keçirilən revanşist siyasətdir. Revanşist qüvvələr şəxsi mənafeləri naminə Ermənistanı dünyada biabır etməklə yanaşı öz ölkələrini uçuruma aparırlar. Təəssüf ki, Ermənistan mövcud vəziyyəti yenə də düzgün dəyərləndirmir, təxribatlara əl ataraq öz sonunu yaxınlaşdırır. Belə vəziyyətdə Ermənistanın yalnız və yalnız bir xilas və çıxış yolu vardır: revanşist və terrorçuluq siyasətinə son qoyaraq, sülh siyasətinə qoşulmaq və Azərbaycanla yekun sülh sazişi bağlamaq. Əks təqdirdə Ermənistanın sonu və bir dövlət olaraq dünya xəritəsindən silinməsi qaçılmaz olacaqdır”.

 

S.Vəliyeva bəyan edib ki, İrəvan hakimiyyəti birmənalı olaraq anlamalıdır ki, Prezident İlham Əliyevin dəmir yumruğu hər zaman yerindədir. Əgər Ermənistan terrorçuluq və revanşist siyasətinə davam edərsə, “Dəmir yumruq” yenidən  başlarını əzəcək.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR