“Sosial sığınacaqların inkişafına dəstək”: Layihənin icrası başlayıb

16:02 26-05-2023 | icon 251 | Cəmiyyət
“Sosial sığınacaqların inkişafına dəstək”: Layihənin icrası başlayıb

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “Sosial sığınacaqların inkişafına dəstək” layihəsinin icrasına başlayıb.

 

Versus.Az xəbər verir ki, əmək haqqı ödənilməklə həyata keçiriləcək layihədə məqsəd sosial dəstəyə ehtiyacı olan uşaqlar üçün sosial təminat və sosial dəstək xidmətlərinə girişi təkmilləşdirmək, bu kateqoriyadan olan uşaqların problemlərinə vətəndaş cəmiyyəti institutlarının (xüsusilə QHT-lərin) diqqətinin artırılması, sosial, hüquqi, tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün növlərindən, ağır, zərərli və təhlükəli təsirlərdən mühafizə etmək, təhlükəsiz mühitin yaradılması və zərərli olanlara müdaxiləni dəstəkləyən strategiyaların hazırlanması, təhlükəsiz mühitin potensial təsirinin artırılmasıdır. 

 

Eyni zamanda, müvəqqəti və ya alternativ qayğı müəssisələrinin, o cümlədən sığınacaqların uşaqlar üçün təhlükəsiz olmasını təmin etmək, ailə ilə mütəmadi işlərin aparılması, uşaqlarla reabilitasiya işlərinin aparılması və cəmiyyətə inteqrasiyasının təmini planlaşdırılır. 

 

Layihə çərçivəsində zorakılıqdan zərər çəkmiş 30 uşaq və 10 anaya sığınacaqda xidmət, 100 ailəyə isə ziyarət təşkil ediləcək.

 

Layihənin icrası müddətində sosial təhlükəli vəziyyətdə olan uşaqlar arasında hüquqşünas, psixoloq, pedaqoqun iştirakı ilə sistemli şəkildə iş aparılacaq. Sığınacaqdakı uşaqların asudə vaxtının səmərəli təşkili üçün gəzinti və yarışlar keçiriləcək , eyni zamanda uşaqların sığınacaqda peşə-reabilitasiyaya cəlb olunması planlaşdırılır.

 

Layihə may ayında başlayıb və 8 ay müddətində icra ediləcək. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq