Ərdoğanın qələbəsi bütün Türk Dünyasının qələbəsidir

13:01 29-05-2023 | icon 218 | Siyasət
Ərdoğanın qələbəsi bütün Türk Dünyasının qələbəsidir

Türkiyədə prezident seçkilərinin ikinci turunda səslərin böyük əksəriyyətinin sayılmasından sonra ölkənin hazırki lideri Rəcəb Tayyib Ərdoğanın qələbəsi dəqiqləşib.

 

Dövlət başçısını ilk təbrik edən məhz Azərbaycan Prezidenti İlham Əliyev olub.

 

Mübaliğəsiz olaraq deyə bilərik ki, Türkiyənin Azərbaycanla qardaşlığı, nəinki Azərbaycanla, eləcə də digər türk dövlətlərilə əlaqələri məhz R.T.Ərdoğanın prezidentliyi dövründə öz zirvəsinə çatıb və hazırda da yüksələn xətlə inkişaf etməkdədir. Təkcə bu amili nəzərə almaq kifayətdir ki, Ərdoğanın cari seçkilərdə qələbəsinin əslində Azərbaycan - Türkiyə qardaşlığının zəfəri, Türk dünyasının zəfəri olduğunu anlayaq.

 

Eyni zamanda, bu seçkilər Türkiyə və türk dünyasına xor baxanların, Qərb imperializminin, İranın, Ermənistanın va onların havadarlarının məğlubiyyəti ilə yadda qaldı.

 

Müdrik türk xalqı öz doğru qərarını verməklə Türkiyənin İraq və Suriyaya çevrilməsinin qarşısını aldı. Ölkədə əsl vətənpərvər qüvvələrin qələbəsi sayəsində Türkiyə müharibələrə sürüklənməkdən, müxtəlif dövlətlərin maraqlarının mübarizəsi meydanına çevrilməkdən, Qərbin əlində alət olmaqdan qurtulmaqla, özü ilə bərabər türk dünyasını da yarıköləlik aqibətindən xilas etdi.

 

Halbuki, əgər seşkilərdə Kiliçdaroğlu qalib gəlsəydi həm Türkiyənin, həm də türk dünyasının aqibətini təsəvvür etmək belə qorxuludur. Azərbaycanın əvəzinə İran və Ermənistanı, Qarabağın yerinə Kandili üstün tutan birisinin Türkiyə və türk dünyasına hansı zərbələr vura biləcəyini təxmin etmək çətin deyil. CHP liderinin zəhərli ideologiyası ancaq ətrafındakı həmfikirlərinə “fayda” verməyə hesablanmışdı. Lakin sevindirici haldır ki, artıq Kiliçdaroğlunun timsalında Türkiyə və türk dünyası, o cümlədən Bakı – Ankara qardaşlığının üzərini alan qara buludlar sovuşdu. R.T.Ərdoğanın təbirincə desək, “bye-bye Kamal”a bir “bye” da Azərbaycan tərəfindən əlavə olundu.

 

Əminik ki, bundan sonra Azərbaycan - Türkiyə qardaşlığı daha da güclənəcək. Türk Əsri, sözün əsl mənasında Azərbaycan və Türkiyənin, türk dünyası ölkələrinin inteqrasiya yolunda çiyin-çiyinə irəliyə doğru addımladıqları yeni eranın başlanğıcı olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanın ideya və məqsədləri ilə bağlı mesajlar verən BƏYANNAMƏ

"Azərbaycan növbəti dəfə olduqca təsirli bir addım atmış oldu”

"ŞƏT-in Azərbaycana faydası olduğu qədər Azərbaycanın da ŞƏT-ə qiymətli töhfələri var"

Siyasətdə yeni ZÜMZÜMƏLƏR

“Qarabağ Bəyannaməsi artıq o qüvvələri çıxılmaz vəziyyətə salır”

"Deputatların növbəti görüşü də müsbət dəyərləndirilməlidir"

Ürək bulantısı
XƏSTƏLİKLƏRDİRMİ?

Telejurnalist MTM-nin mətbuat katibi oldu

Bu həftədən seçki sənədlərinin DSK-lara təqdim edilməsinə BAŞLANILIR

Azərbaycanda elektron pullar dövriyyəyə BURAXILACAQ

“WhatsApp” casus PROQRAMIDIR

“Deputatların görüşü vacib görüşlərdən biri kimi səciyələndirilməlidir”

Metroplitendən hər kəsi şok edəcək AÇIQLAMA

Sabah beş rayonda qaz OLMAYACAQ

Ölkə Trendində BİRİNCİ