Ermənistana, Moskvaya, Qərbə növbəti bir mesaj...

09:25 28-05-2023 | icon 653 | Geopolitika
Ermənistana, Moskvaya, Qərbə növbəti bir mesaj...

 

"Rusiya, Qərbin məsələyə müdaxilə imkanları artdıqca diversiya, atəşkəsin pozulması hallarını intensivləşdirr. Rusiya Ermənistanın içərisində olan revanşist qüvvələrin fəallaşdıraraq Qarabağda sülhməramlıların himayəsində olan silahlı dəstələri Azərbaycan mövqelərinə qarşı istifadə etməklə təxribatlar törədərək sülh prosesini şübhə altına salmaq istəyir".

 

Bunu versus.az-a siyasi ekspert Zəlimxan Məmmədli Moskva görüşündən sonra, Kişinyov görüşü öncəsi "Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını deyən, Zəngəzur dəhlizi məsələsi ilə bağlı özünü biabır edən Paşinyanın Zəngilan istiqamətindən öz diversiya qrupunu hərəkətə keçirməsinin nəyə hesablanması ilə bağlı açıqlamasında bildirib.

 

Z.Məmmədli hesab edir ki, bu gün Ermənistanın diversiya təxribatları Qərbə verilən mesajdır. Rusiya elan edir ki, region mənimdir, siz bura girə bilmərsiz.

Bununla belə ekspert hesab edir ki, Azərbaycanda mövcud olan ictimai və rəsmi fikir vahidliyinin Rusiyanı bu yanaşmadan geri çəkilməyə məcbur edəcək.

 

Z.Məmmədlinin fikrincə, Kişinyovda nəzərdə tutulan görüş Moskva və Brüssel görüşünün davamı ola bilər. Onu fikrincə, hətta irəliləyiş üçün müəyyən bir sənədin qəbul edilməsi ehtimalı da mümkündür

"Qərblə Moskvanın Cənubi Qafqaz uğrunda savaşının növbəti mərhələsi açıq şəkildə sezilir. Ortada Rusiyanın təxribat maşınını Qarabağdan uzaqlaşdırıb Ermənistan -Azərbaycan arasında sülh sazişinin optimal yolunu tapmaq və o cümlədən mədəni, iqtisadi, kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi kimi bir platforma var. Azərbaycanıi bu məsələdə çox cilalanmış, aydın siyasət aparır. 


Bu müstəvidə rəsmi və ictimai mövqelər üst-üstə düşür. Bu məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunması, kommunikasiyaların açılması, delimitasiya, demarkasiya məsələlərinin hansı prinsiplə həll olunmasına dair Azərbaycanın mövqeyi vst. Moskvada ardıcıl bir formada bizim proqnozlaşdırdığımız mövqeni prezident səsləndirdi. Bu Ermənistana, həm Moskvaya, Qərbə növbəti dəfə verilən bir mesajdır"

Ləman

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR