“İşgəncələr məbədi - Şuşa həbsxanası” - İCTİMAİ MÜZAKİRƏ

12:02 06-06-2023 | icon 624 | Film
“İşgəncələr məbədi - Şuşa həbsxanası” - İCTİMAİ MÜZAKİRƏ

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən hazırlanmış “İşgəncələr məbədi - Şuşa həbsxanası” adlı sənədli filmin ictimai müzakirəsi keçirilib.

 

Nizami Kino Mərkəzində təşkil olunan ictimai müzakirədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, sənədli filmdə çəkilmiş əsirlik və girovluqdan azad edilmiş şəxslər, qeyri-hökumət təşkilatları və media təmsilçiləri iştirak ediblər. Agentliyin icraçı direktoru Aygün Əliyeva “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin rəhbəri, tanınmış telejurnalist Mübariz Əsgərovun müəllifi olduğu “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filminin bu günlərdə televiziya kanallarında nümayiş etdirildiyini, böyük rezonans yaratdığını bildirib.

 

Filmdə üstü açılan dəhşətli faktları, işgəncələrlə öldürmə hallarını bu günlərdə Şuşa həbsxanasının ərazisində tapılmış kütləvi məzarlıq da təsdiq edir. A.Əliyeva xarici ölkələrdəki vətəndaş cəmiyyəti təsisatlarını, insan hüquq və azadlıqlarını müdafiə edən beynəlxalq təşkilatları aşkara çıxan faktlara diqqət yetirməyə çağırıb. “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Mübariz Əsgərov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə belə bir strateji mövzuda işin ərsəyə gəlməsi üçün maliyyə dəstəyinə görə təşəkkür edib, bundan başqa, filmin hazırlanmasında yaxından köməklik üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına minnətdarlıq edib. Filmin müzakirəsində tanınmış ictimai xadimlər, müxtəlif QHT təmsilçiləri fikirlərini bölüşüb, müəllif sualları cavablandırıb.

 

 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR