İyunun 8-dən etibarən “CinemaPlus”da

12:30 07-06-2023 | icon 662 | Film
İyunun 8-dən etibarən “CinemaPlus”da

İyunun 8-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər təqdim edilib.

 

“Transformerlər: Vəhşi botların yüksəlişi” fantastik döyüş filmi

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 8 iyundan etibarən ABŞ istehsalı olan “Transformerlər: Vəhşi botların yüksəlişi” fantastik döyüş filminin nümayişi başlayır.

Filmin rejissoru: Stiven Keypil Jr.

Baş rollarda: Mişel Yeo, Pit Devidson, Piter Dinkleyc, Entoni Ramos, Ron Perlman.

Müddəti: 170 dəqiqə. Yaş həddi 16+.

 

Film haqqında qısa məlumat: İki arxeoloq təsadüfən qədim sivilizasiya ilə əlaqə quraraq, Maksimallar, Predakonlar və Terrorkonları dünyaya gətirir. Filmdəki hadisələr 1990-cı illərin əvvəllərinin Nyu-Yorkunda baş verir.

 

“Qaçaq” döyüş filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Qaçaq” döyüş filminin nümayişi başlayır.

Filmin rejissoru: Rik Roman Vo.

Baş rollarda: Cerard Batler, Navid Negaban, Ali Fazal.

Müddəti: 135 dəqiqə. Yaş həddi 18+.

 

Film haqqında qısa məlumat: Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Tom Harris tapşırığı yerinə yetirə bilmir və kimliyi ifşa olunur. İndi agent Əfqanıstandan qaçmalıdır. Onu dünyanın ən yaxşı muzdluları və düşmənin elit xüsusi təyinatlıları təqib edirlər. Qəndəhara çatmaq xilas üçün yeganə şansdır. Burada qəhrəmanı ya xilasetmə helikopterləri, ya da onun adı yazılmış bir güllə gözləyəcək.

 

“Kafirun” qorxulu filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan “Kafirun” qorxulu filminin nümayişi başlayır.

Filmin rejissoru: Rotin Engin Tutuş.

Baş rollarda: Ejder Özkarslıgil, Şükran Çağman, Esila.

Müddəti: 105 dəqiqə. Yaş həddi 16+.

 

Film haqqında qısa məlumat: Film xəstə anası və kiçik bacısı ilə yaşayan Ahmetin başına gələn hadisələrdən bəhs edir. Ahmeti təqib edən kabuslar onu çaşdıran müxtəlif oyunlarla gözəgörünməz labirintə atır. Reallıqdan uzaqlaşan Ahmet üçün hər şey günü-gündən təhlükəli olmağa başlayır. Yaşadığı hadisələr ailəsini qorumaq naminə ən böyük qorxuları ilə üzləşməli olan Ahmet üçün sonun başlanğıcıdır.

 

 

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az, mobil tətbiqindən, IOS və “Android” əməliyyat sistemi olan smartfonlar üçün:

IOS link  

Android link-dən əldə edə bilərsiniz.

 

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012-499-89-88 və “119” nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR