“Son zəng”lə bağlı valideynlərə MÜRACİƏT

08:25 13-06-2023 | icon 239 | Təhsil
“Son zəng”lə bağlı valideynlərə MÜRACİƏT

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Son zəng” tədbirlərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı valideynlərə müraciət edib.

 

Versus.Az xəbər verir ki, müraciətdə deyilir:

 

“Əziz müəllimlər, valideynlər və şagirdlər!

 

Hər birinizi “Son zəng” günü münasibətilə təbrik edir, məzunlarımıza gələcək həyatlarında uğurlar arzulayırıq!

 

Son illərin təcrübəsi göstərir ki, bəzən şagirdlər “Son zəng” günü valideynlərinə və ya qohumlarına məxsus nəqliyyat vasitələrindən istifadə edərək əyləncə təşkil etmək məqsədilə sükan arxasına əyləşirlər. Lakin, unutmaq olmaz ki, avtomobilin onu idarə etmək hüququ olmayan yeniyetməyə könüllü təqdim edilməsindən və ya sahibinin icazəsi olmadan ələ keçirilməsindən asılı olmayaraq, belə hallara yol verilməsi olduqca təhlükəli əməldir.

 

 

Odur ki, ilk növbədə avtomobilini sürücülük hüququ olmayan övladına etibar edən valideynlərə səslənirik. Xatırladırıq ki, belə hallar ciddi qayda pozuntusudur və inzibati məsuliyyət yaradır. Çox təəssüf ki, bəzən bu cür səhlənkarlığa yol verən valideynlərə rast gəlinir ki, nəticədə həm ayrı-ayrı ailələr, həm də cəmiyyətimiz üçün ağır faciələr yaşanır.

 

Əziz məzunlar, yaddan çıxarmayın ki, sizin gələcək həyatınızda hər bir uğurunuz valideynləriniz və bizim üçün çox vacibdir. Yol hərəkəti qaydalarına əməl etməklə siz, doğmalarınızın və başqalarının həyatına da dəyər vermiş olursunuz.

 

Bir daha “Son zəng” gününü qeyd edən məzunlarımıza uğurlar, can sağlığı və həyatlarının yeni mərhələsində müvəffəqiyyətlər arzulayırıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”