Uşaqlar arasında sürətlə skarlatina yayılır

12:25 14-06-2023 | icon 280 | Sağlamlıq
Uşaqlar arasında sürətlə skarlatina yayılır

Ağırlaşma olanda infeksionistlə kardioloqa ehtiyac duyulur

 

Son günlər uşaqlar arasında yayılan xəstəlik valideynləri narahat edir. Belə ki, skarlatina əlamətləri ilə həkimə müraciət edən məktəblilərin sayı artıb.

 

İnfeksion xəstəlik səbəbindən xırda səpkilər üzdən başlayaraq bütün bədənə - boğaza, qollara, qarın nahiyəsinə, ayaqlara yayılır. Ağız və burun ətrafı istisna olmaqla bütün bədəndə qırmızı səpkilər yaranır.

 

Törədicisi streptokok bakteriyası hesab edilən infeksion xəstəlik əllərdə, barmaqlarda şişmələrə də səbəb ola bilir. Bir müddət sonra uşaqların dillərində qıpqırmızı səpkilər yaranır, dil sanki moruğu xatırladır, badamcıqlara yaxın isə dilin üzərində ağ ərp əmələ gəlir. İnfeksion xəstəlik dəridə soyulmalara da səbəb ola bilər.

 

Bəs bu infeksion xəstəlik necə yayılır? Uşaqları bu infeksiyadan necə müdafiə etmək olar? Təmas vasitəsilə xəstəliyin keçiciliyi varmı?

 

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Əkbər Quliyev xəstəlidən danışıb.

 

O bildirib ki, səpki və yüksək hərarətlə müşayiət olunan xəstəlik skarlatina və ya qızıl azar adlanır:

“Törədicisi A qrupu streptokokdur. A qrupu streptokok bakterial infeksiyadır və yoluxucu xəstəlikdir. İlk günlərdə yüksək hərarət və boğaz ağrısı, dildə ağ rəngdə ərp bağlaması, yaxud da damaqda qırmızı rəngli səpki ilə müşahidə edilir. Eləcə də limfa düyünlərinin böyüməsi, tez-tez qaytarma (qusma) da xəstəliyin simptomlarından hesab olunur.

Bundan əlavə, dəridə xırda qırmızı səpkilər, əllərdə şişmələr də ola bilər. Xəstəliyin əlamətləri müşahidə edilərsə, həkimə müraciət etmək lazımdır. Xəstəliyin gedişatında ağırlaşmalar müşahidə olunarsa, xəstə pediatr ilə yanaşı, infeksionist və kardioloq nəzarətində olmalıdır. Xəstəliyin müalicəsi antibiotiklə aparılır. Çünki bakterial infeksiyadır”.

 

Xəstəliyin yoluxuculuğu ilə bağlı suala aydınlıq gətirən həkim qeyd edir ki, bu infeksiya uşaqdan-uşağa keçə bilər:

“Skarlatina yoluxucu xəstəlikdir. Yəni uşaqdan-uşağa keçə bilər. Eyni zamanda, dəridə iz qoymaz, amma əl və ayaqda dəri soyulmaları ola bilər. Çox nadir halda dəridə iz qoya bilər”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq