Millinin məşqçilərindən texniki səhv

14:15 19-06-2023 | icon 285 | İdman
Millinin məşqçilərindən texniki səhv

UEFA Azərbaycan yığmasına qadağa qoyub?

 

UEFA Azərbaycanın U-17 millisinin İnkişaf turnirindəki çıxışı ilə bağlı AFFA-ya məktub göndərib.

 

Buna səbəb millinin məşqçilərinin yarışın əsasnaməsinə uyğun davranmaması olub.

 

Qaydalara görə, turnirdə iştirakçı komandaların heyətində olan bütün futbolçular ən azı 90 dəqiqə oynamalıdırlar. Lakin Azərbaycan millisi bu tələbə tam əməl etməyib. Hətta məlumata görə, UEFA tələbin pozulması səbəbindən yığmanın gələcək İnkişaf turnirlərində iştirakına qadağa qoyub.

 

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, UEFA-dan, həqiqətən, xəbərdarlıq məktubu daxil olub, ancaq yığmaya hər hansı qadağa qoyulmayıb:

 

“Bir neçə ildir ki, UEFA-nın təşkilatçılığı ilə aşağı yaş qruplarından ibarət milli komandalar üçün İnkişaf turnirləri keçirilir. Həmin yarışların əsasnaməsinə görə, komandaların sifariş ərizəsinə daxil olan bütün futbolçular turnir ərzində minimum 90 dəqiqə meydanda olmalıdırlar. Azərbaycan U-17 millisinin iştirak etdiyi son UEFA İnkişaf turnirində məşqçilər tərəfindən texniki səhvə yol verilib və heyətdəki futbolçuların heç də hamısı 90 dəqiqə oynamayıb. Bununla əlaqədar UEFA-dan elektron poçt vasitəsilə AFFA-ya tövsiyə xarakterli xəbərdarlıq məktubu göndərilib və növbəti turnirlərdə əsasnamənin müvafiq bəndinə əməl olunmasının, heyətdəki bütün futbolçulara ən azı 90 dəqiqə oynamaq şansının verilməsinin vacibliyi vurğulanıb. Lakin heç bir milli komandamıza hər hansı turnirlə bağlı qadağa qoyulmayıb”, - deyə qurum sözçüsü bildirib.

 

Qeyd edək ki, Azərbaycan U-17 millisi iyunun 1-dən 7-dək Albaniyada keçirilən İnkişaf turnirində iştirak edib. İlk görüşdə Farer adalarına 4:2 hesabı ilə qalib gələn Füzuli Məmmədovun baş məşqçi olduğu komanda daha sonra meydan sahiblərinə 0:1, Moldovaya 2:3 məğlub olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq