Qeyri-sabit havanın intensivləşməsinin SƏBƏBİ

16:05 19-06-2023 | icon 216 | Cəmiyyət
Qeyri-sabit havanın intensivləşməsinin SƏBƏBİ

Bu il yaz fəslində qeyri-sabit havanın qeydə alındığı günlərin sayı daha çox təkrarlanır, bir çox bölgələrə dolu, leysan yağışları yağır və çaylardan sel keçir.

 

Məsələ ilə bağlı APA-ya açıqlama verən AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri Səid Səfərov deyib ki, şimaldan soyuq hava kütlələri, Qərbdən Atlantik okeanı və Aralıq dənizindən daxil olan rütubətli hava kütlələrinin Azərbaycan ərazisində görüşməsi halları nə qədər tez-tez təkrarlanarsa, təhlükəli atmosfer proseslərinin və onlarla əlaqədar olan intensiv leysan, dolu, ildırım, şiddətli qasırğa küləkləri, həmçinin daşqın və sellərin ehtimalı da bir o qədər çox olur:

 

“Qeyd olunan hava kütlələrinin daxil olması özünü soyuq hava cəbhələri və cənub siklonlarının əraziyə yaxınlaşması ilə büruzə verir. Soyuq hava cəbhələrində isti və nisbətən soyuq hava kütlələri sərhədində temperatur kontrastı nə qədər kəskin olarsa, baş verən təhlükəli atmosfer prosesləri daha şiddətli olur. Yaz, hətta bəzən yay aylarında hava şəraitinin kəskin pisləşməsi əsasən əraziyə daxil olan hava kütlələri ilə əlaqədar olur. İndi get-gedə hava isinir və Şimaldan soyuq hava kütlələri daxil olanda burada olan rütubətli isti hava kütlələrini yuxarı qaldırır, nəticədə dolu düşür, leysan yağır. Yerüstü isti hava nə qədər böyük sürətlə yuxarı qalxarsa, əmələ gələn topa buludlar bir o qədər təhlükəli olur. Hər gün müxtəlif rayonlarda intensiv dolu düşdüyünü, güclü leysan yağdığını, sel və daşqınların baş verdiyini eşidirik. Əraziyə daxil olan irimiqyaslı hava kütlələri yerli oroqrafiya və torpaq örtüyünün xüsusiyyətləri ilə qarşılıqlı təsirə girməklə, daha kiçikmiqyaslı atmosfer hava dövranlarını yaradır ki, bu da son nəticədə ayrı-ayrı rayonlarda baş verən təhlükəli atmosfer hadisələrinin intensivliyini, davametmə müddətini və ərazi üzrə paylanma xarakterini müəyyən edir”.

 

Səid Səfərov qeyd edib ki, bu il əvvəlki illərdən fərqli olaraq daha çox leysan yağması və dolu düşməsinin əsas səbəbi də məhz Şimaldan soyuq, Qərbdən isə rütubətli hava kütlələrinin əraziyə daha tez-tez daxil olmasıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122