Qətərlə oyunun 2-ci hissəsinə çıxmaqdan imtina etdi
Yeni Zelandiya millisi oyunçusuna qarşı təhqirlərə görə oyunu bitirməkdən imtina edib.
Komanda Avstriyada Qətərlə yoldaşlıq oyunu keçirib. Birinci hissədən sonra hesab 1:0 Darren Bislinin komandasının xeyrinə olub.
Lakin Yeni Zelandiya yığmasının futbolçuları müdafiəçi Maykl Bokselə qarşı irqçi təhqirlərə görə ikinci hissəyə çıxmaqdan imtina ediblər.
“Hakimlər heç bir tədbir görməyiblər. Buna görə də komanda ikinci hissəyə çıxmamaq qərarına gəlib”, - seçmənin açıqlamasında deyilir.
Qeyd edək ki, matçın baş hakimi avstriyalı Manuel Şuttenqruber olub.
Xəbər lenti
Yol kənarındakı qanunsuz tikililər sökülüb
Qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlər davam edir