Birinci qrupun lideri sevincini bölüşdü

18:42 20-06-2023 | icon 358 | Təhsil
Birinci qrupun lideri sevincini bölüşdü

“Yüksək nəticə əldə etdiyimə görə çox sevincliyəm. Hazırda o qədər həyəcanlıyam ki, sevincdən danışa bilmirəm”.

 

Bunu açıqlamasında I ixtisas qrupu üzrə qəbul imtahanında hər iki mərhələnin cəminə əsasən ən yüksək nəticə göstərən abituriyent Cavid Nəzərov (692,8 bal, qrup birincisi) deyib.

 

O, qəbul imtahanında test tapşırıqlarının elə də çətin olmadığını bildirib:

 

“Valideynlərimə sevinc hissi yaşatdığıma görə xoşbəxtəm. İmtahanda sualları cavablandırarkən o qədər də çətinlik çəkmədim. Mənim üçün suallar normal idi. İstədiyim nəticəni əldə etdim. Özümü xoşbəxt hiss edirəm”.

 

“Nəticələrimə uyğun olaraq hədəfim Bakı Ali Neft Məktəbidir. Seçimim ora olacaq. İmtahanda yüksək nəticə əldə etdiyimə görə müəllimlərimə təşəkkür edirəm. Mənim arzularıma çatmağımda onların böyük zəhmətləri var”.

 

Qeyd edək ki, 3-4 iyunda keçirilən imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (maksimal olan 400 bal) iki nəfər – Bakı şəhər 147 saylı Texniki-humanitar təmayüllü liseyin və Bakı şəhər 299 saylı orta məktəbin məzunları göstəriblər.

 

I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə (692,8 bal) Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzununa məxsusdur. O, imtahanın I mərhələsində 295,8, II mərhələsində isə 397 bal toplayıb.

 

IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397 bal toplayan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni (686 bal) isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 295,8, ikinci mərhələsində 390,2 bal toplayıb. /Modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR