Alimlərdən təşviş dolu açıqlama

09:05 22-06-2023 | icon 270 | Maraqlı
Alimlərdən təşviş dolu açıqlama

İki milyard insanın həyatı risk altındadır

 

İstixana qazı emissiyaları kəskin şəkildə dayanmasa, XXI əsrdə Himalayın Hinduquş  dağları buzlaqların 80 faizə qədərini itirəcək.

 

Bu qorxulu proqnoz barədə Katmanduda yerləşən Dağların İnteqrasiya edilmiş İnkişafı üzrə Beynəlxalq Mərkəzin hesabatında deyilir.

 

Nepal tədqiqat təşkilatının mütəxəssislərinin sözlərinə görə, 2010-cu ildən bəri Himalaydakı buzlaqlar əvvəlki onillikdən 65 faiz daha sürətlə əriyir.

 

Elm adamları bildiriblər ki, iqlim dəyişikliyi səbəbindən buz örtüyünün azalması aşağı axarda yaşayan insanlar üçün şirin suyun azalmasına səbəb olacaq.

 

 

Müəlliflər həmçinin dağlardakı 200 buzlaq gölünü təhlükəli hesab ediblər və ərimə nəticəsində əsrin sonunda regionda daşqınların, eləcə də uçqunların sayında əhəmiyyətli artım müşahidə oluna biləcəyi təhlükəsindən danışıblar. Bu isə 12 dağ çayı boyunca yaşayan iki milyarda yaxın insanın risk altında olması deməkdir.

 

Mütəxəssislərin sözlərinə görə, Himalay dağlarında buzların əriməsinin qarşısını almaq üçün istiləşməni 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq son dərəcə vacibdir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA